UNESCO İraqın şimalında İslam Dövləti qrupunun qədim Nemrud şəhərini dağıtmasını pisləyib. Təşkilatın rəhbəri bildirib ki, mədəni irsin dağıdılması müharibə cinayətidir.
Yaraqlılar Nemrudu dağıtmağa keçən həftədən başlayıb. Rəsmilər bildirir ki, militant qrup ziherli hərbi maşınlardan istifadə edir.
İraqın Turizm Nazirliyi bildirib ki, İslam Dövləti tarixi yerlərə hücumları ilə dünyaya və insan hisslərinə məhəl qoymamaqda davam edir.
Hökumət rəsmiləri Nemruda son hücumlar barədə tam məlumata malik olmadığını bildirib.