Accessibility links

ABŞ İraqa hərbi dəstək verir


Birləşmiş Ştatlar sünni müsəlman extremistlər tərəfindən didərgin salınan iraqlılara kömək məqsədi ilə bölgəyə 130 hərbi məsləhətçi göndərib.

ABŞ müdafiə naziri Çak Heyqel deyib ki, İrbil şəhərinə göndərilən hərbi qüvvələrin İraq təhlükəsizlik qüvvələrinə hərbi təlimlər keçəcək.

Pentaqon iyun ayında 300-ə yaxın hərbi məsləhətçini eyni məqsədlə Bağdada göndərəcəyini açıqlamışdı.

ABŞ təyyarələri İslam Dövləti qrupundan Sincar dağına qaçan iraqlılara havadan ərzaq yardımı çatdırıb.

BMT-nin baş katibi Ban Gi Mun yezidilərin və digərlərinin vəziyyətinin çox acınacaqlı olduğunu deyib.

Ban qrupun əməllərini vəhşilik kimi qiymətləndirib.

Bu arada İraqın yeni təyin edilmiş baş naziri Heydər əl-Abadiyə beynəlxalq dəstək artır.

Birləşmiş Ştatlar, NATO, Səudiyyə Ərəbistanı və İran Abadini dəstəklədiyini vurğulayıb.

Nuri Əl-Maliki beynəlxalq ictimaiyyəti İraqın suverenliyini dəstəkləməməkdə ittiham edir.

Britaniyanın baş naziri minlərlə yəzidi və digər dini azlıqların xilası üçün beynəlxalq plan hazırlandığını bildirib. Portuqaliyadakı istirahətini yarımçıq qoyaraq Londona qayıdan Devid Kameron deyib ki, Britaniya ABŞ kimi iraqlı qaçqınlara havadan humanitar yardım çatdırılması səylərinə qoşulacaq.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ben Rodes prezident Barak Obmanın gələn bir neçə gün ərzində Sincar dağında toplaşan insanların xilası üçün hərbi qüvvə göndərilməsi məsələsinə aydınlıq gətirəcəyini deyib.

XS
SM
MD
LG