Accessibility links

İraq və Suriyada xarici döyüşçülərin sayı artır [Video]


İraq və Suriyada xarici döyüşçülərin sayı artır
please wait

No media source currently available

0:00 0:01:49 0:00

ABŞ kəşfiyyat orqanlarının rəsmiləri İraq və Suriyada xarici döyüşçülərin sayının noyabr ayının əvvəlində 16 mindən hazırda 18 minə qədər artdığını təxmin edir. Onlar özlərini İslam Dövləti adlanan qrupun bir hissəsi hesab edir.

Bu yeni tendensiya deyil. ABŞ qanunvericiləri bu ayın əvvəli keçirilən dinləmələrdə narahatlıqlarını bildiriblər.

Ed Roys: "Verilən xəbərlərə görə İslam Dövləti qrupu hər ay 1000 yeni döyüşçünü özünə cəlb edir."

Qərbdən gələn döyüşçülərin sayı da yüksəkdir. Bu rəqəm hazırda 3 mindən çoxdur.

Kəşfiyyat orqanlarının rəsmiləri yüksək rəqəmlərin səhv ola bildiyini deyərək, bir çox ölkələrin öz vətəndaşlarının cəbhəyə getməsini indi daha yaxşı nəzarət etdiyini bildirir.

Bu yaxınlarda İndoneziya ölkədən gedən xarici döyüşçülərin sayının daha da dəqiqləşdirərək, müttəfiq ölkələr və xaricdə yaşayan indoneziyalılara əsasən əldə edilən məlumatları qeyd edib.

Almaniya və İspanıya kimi ölkələrdə bu yaxınlarda xarici döyüşçü ola biləcək şəxslər həbs edilib.

Türkiyə rəsmilərinin artan səyləri nəticəsində isə döyüşçülərin sərhədi keçmə cəhdləri azalıb.

Bu səylərin döyüş meydanlarında öz təsirini nə zaman göstərəcəyi sualının cavabında kəşfiyyat orqanlarının yüksək səviyyəli rəsmisi Amerikanın Səsinə bunun hələ bir qədər vaxt aparacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG