Accessibility links

İraq və Suriyada kimyəvi hücumların təsirləri hələ də davam edir


İslam Dövlətinin İraqda bir həftə əvvəl atdığı bombanın təsirləri hələ də davam edir. Sarı sulfur tozu evdə hər yeri bürümüşdü.

Hücum zamanı evdə qadın və beş uşağı vardı. Natham Həmədə məxsus kişik bu evin 11 və 12 yaşlı uşaqları ağır vəziyyətdə xəstəxanadadır.

Ərazidə olan hər kəs gözlərin sulanması, təngənəfəslik kimi simptomlara malikdir. İnsanlar onlara məhəl qoyulmadığından şikayətlənir.

Son həftələr bu kimi hücumlar səbəbi ilə 15 nəfər xəstəxanaya yerləşdirilib. Lakin çoxları səhiyyə xidmətlərinə çıxışdan məhrumdur.

Polisin bildirdiyinə görə, İŞİD-in istifadə etdiyi bombaların bəzilərində xlor olub.

Qırmızı xaç Cəmiyyəti Mosuldan 100 km-lik məsafədə yerləşən İrbil xəstəxanasında çoxlarının xaldal qazından zəhərləndiyini deyib.

Komitənin Yaxın Şərqdə regional direktoru Robert Mardini deyib ki, xəstəxanada müalicə edilən beş uşaq və iki qadın kimyəvi elementlərin təsiri nəticəsində yaranmış simptomlar nümayiş edirib. Bu simptomlara suluqlar, gözlərin qızarması, qaşınma, qusma və öskürək daxildir.

BMT-nin İraqda humanitar məsələlər üzrə koordinatoru İŞİD yaraqlıları ilə ABŞ-ın dəstəklədiyi İraq qüvvələri arasında döyüşlərin getdiyi Mosul şəhərində kimyəvi silahlardan mümkün istifadə ilə bağlı xəbərdarlıq edib.

Xilasetmə işçilərinin bildirdiyinə görə, hökumət qüvvələrinin xlor qazından istifadə etməsindən sonra Suriyanın Hələb şəhərində də azı 70 nəfərə tənəffüs probleminə görə yardım göstərilib.

Suriya Mülki Müdafiə qrupu vertolyotlardan müxalifətin nəzarətindəki Əl-Sukkari məhəlləsinə tərkibində xlor olan çənlər atıldığı bildirilib.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu da həmin ərazidə partlayışların olduğunu təsdiq edib, lakin xlordan istifadə edildiyi barədə məlumat verməyib.

Son 5 ildə hər iki tərəf, həm hökumət, həm də üsyançılar biri-birilərini hücumlar zamanı kimyəvi maddədən istifadə etrməkdə ittiham edir.

Beynəlxalq müfəttişlərin keçən ay hazırladığı hesabatda hökumət qüvvələri və İslam Dövləti qrupunun kimyəvi hücumlar həyata keçirdiyi deyilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG