Accessibility links

İraqda sünni yaraqlılar şimal Tal Afar şəhərinin nəzarətini ələ keçirib


İraq rəsmiləri və yerli əhalinin bildirdiyinə görə, sünni yaraqlılar şimal Tal Afar şəhərinin nəzarətini ələ keçirib. Daha əvvəl onlar Mosul və Tıkrıt şəhərlərini zəbt etmişdi.

ABŞ Bağdaddakı səfiriliyinin mühafizənin gücləndirilməsi məqsədi ilə əlavə 100 əsgəri səfərbər edib. Amerikanın təyyarədaşıyan gəmisi İran körfəzinə yerləşdirilib.

Dövlət Departamentinin rəsmisinin bildirdiyinə görə, dövlət katibi Con Kerri İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliyindən həmkarları ilə mövcud durumu, İraq liderlərinə effektiv yardım göstərilməsi yollarını müzakirə edib.

BMT-nin baş katibi Ban Gi Mun İraqda təhlükəsizliyin müdafiəsi üçün siyasi və sosial ölçülər götürülməsinin vacibliyini vurğulayıb.

İnternetdə yayılan videoda sünni yaraqlılar tərəfindən bir qrup İraq əsgərinin qətlə yetirildiyi nümayiş etdirilib.

İraqın baş naziri Nuri Əl-Malikinin təhlükəsizlik sözçüsü, general-leytenant Qasım Əttanın bildirdiyinə görə, İraq qüvvələri şənbə günündən bəri 279 terroçunu öldürüb.

Hökumətin iddiaları və verilən itkiləri təsdiq etmək mümkün deyil. Belə ki, sünnilərin hücumlarından sonra bir çox döyüşçü silahlarını yerə qoyaraq, mövqelərini tərk edib.
.
XS
SM
MD
LG