İraq hərbi qüvvələri və könüllü hərbi dəstələr Tikrit şəhərinin nəzarətini İslam Dövləti qrupundan almaq üçün mövqelərini möhkəmləndirir.
İraq qüvvələri ilə könüllü döyüşçülər bu həftə İslam Dövləti qrupunun istinadgahına hücumları davam etdirib.
Hərbi komandirlər ikinci həftədir davam edən əməliyyatlarda düşünülmüş şəkildə tədricən irəliləyişə nail olunduğunu bildirib.
Komandirlərdən biri Fransa xəbər agentliyinə müsahibədə minalanmış sahələrdə snayperlərin atəşi altında döyüş aparmağın çətin olduğunu deyib.
Şiələrin ən böyük hərbi dəstəsi olan Hadi Əl-Ameri bildirib ki, Tikritdə yaraqlıların iki seçimi var, ya təslim olmaq, ya da ölmək.
İraqın minlərlə əsgərdən ibarət hərbi qüvvələri onlara qoşulmuş könüllü döyüşçülərlə İslam Dövləti qrupunun yaraqlılarını geriyə çəkməyə çalışır.