İraqın paytaxtında hərbi uniforma geymiş yaraqlılar 18 türk işçini girov götürüb.
Onlar şiələrin çoxluq təşkil etdiyi Həbibiyə bölgəsində futbol stadionu inşa edən Nurol inşaat şirkətinin əməkdaşlarıdır.
Yaraqlılar səhər saat 3-də qapını döyərək, mühafizləri silahsızlaşdırdıqdan sonra insanları girov götürüb.
Yaraqlıların kimliyi və girov götürtmənin motivləri bəlli deyil.
Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş Türkiyənin səlahiyyətli nümayəndələrinin İraqın müvafiq orqanları ilə təmasda olduğunu bildirib.
Ötən il İraqın Mosul şəhərində 43 türk girov götürülərək, 3 ay saxlandıqdan sonra azad edilmişdi. Onlar arasında əsgərlər, diplomatlar və uşaqlar var idi.