Accessibility links

İraq Türkiyə əsgərlərinin ərazisindən çıxmasını tələb edir


Türkiyə bildirib ki, İraqda İŞİD yaraqlılarının nəzarətində olan Mosul şəhəri ətrafındakı türk əsgərlərini qorumaq Türkiyənin vəzifəsidir və Bağdad onlara təcili ölkəni tərk etmək göstərişi verməmişdən əvvəl əsgərlər oraya sadəcə təlim missiyası ilə gediblər.

Türkiyə bir neçə gün əncə İraqın şimalındakı Başiqa regionunda yerləşən düşərgəyə yüzlərlə əsgər göndərib. Türkiyə bunu Mosulu İŞİD-dən geri almaq üçün İraqlılara təlim keçən əsgərlərin müntəzəm rotasiyası kimi izah edib.

Ancaq İraq hökuməti bildirib ki, son yeniliklər Bağdadla əlaqələndirilməmiş və məlumatlandırılmamış həyata keçirilib və ona görə də bu qüvvələr geri qayıtmalıdır. Baş nazir Heydər Əl-Abadinin sözlərinə görə, qüvvələr 48 saat ərzində ölkədən çıxarılmasa, İraq BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər. Cənab Abadi bunu ölkənin süverenliyinin pozulması kimi qiymətləndirdiyini deyib.

Türkiyə xarici işlər naziri Mevlut Cavuşoğlu isə Abadinin dəfələrlə İŞİD-lə mübarizə üçün daha çox Türkiyə aktiv qüvvələrinin yerləşdirilməsini istidəyini deyib və İraqın bu reaksiyasında başqa ölkələrin mühüm rol oynadığını dilə gətirib.

XS
SM
MD
LG