Accessibility links

Qərb İraqı birliyə çağırır


Qərb dövlətlərinin yüksək səviyyəli diplomatları diqqətlərini İraqdakı böhrana yönəldərək, sünni islamçı yaraqlılara qarşı mübarizədə ölkəni birliyə çağırır.

Britaniyanın xarici işlər naziri Villiam Heyq bu gün Bağdada gedib. O, İraqın baş naziri Nuri Əl-Maliki ilə görüşüb və Kürd Muxtar vilayətinin prezidenti Məsud Bərzani ilə də görüşməyi planlaşdırır. Cənab Heyq deyib ki, İraqın üzləşdiyi mövcud təhlükə ölkədə birliyin əhəmiyyətini bir daha vurğulayır.

Fransanın xarici işlər naziri Loren Fabye Parisdə Birləşmiş Ştatların dövlət katini Con Kerri ilə görüşüb. Cənab Fabye İraqın ağır vəziyyətdə olduğunu və çıxış yolunun iraqlıların birliyində olduğunu deyib.

Bu həftənin əvvəlində Maliki və Barzani ilə görüşən ABŞ dövlət katibi onun və cənab Fabyenin İraqda birliyə gətirib çıxaracaq yeni hökumətin tez bir zamanda formalaşdırılmalı olduğunu düşündüklərini deyib.

XS
SM
MD
LG