İraq rəsmiləri bildirir ki, hökümət qüvvələrini hədəf alan intiharcının hücumu 19 adamın ölümünə, 40-dan çox adamın isə yaralanmasına səbəb olub.
Partlayış Bağdaddan şimalda yerləşən Taci qəsəbəsində əsgər və polislər ofisdə məvaciblərini alarkən baş verib.
Hadisə Kərkük şəhərindəki polis qərərgahında partlayış nəticəsində15 adamın və 150-dən çox adamın yaralanmasından bir gün sonra baş verib. Polis bildirib ki, avtomobilə yerləşdirmiş bombanı partladan intiharcı polis formasında qərargaha daxil olub.
Partlayışa görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib.