Accessibility links

İraq ordusu Mosul uğrunda döyüşlərə başlayıb


İraq ordusu İslam Dövləti qruplaşması döyüşçülərinin nəzarətində olan şimal şəhəri Mosulu geri almaq üçün bu gün uzun müddətdir gözlənilən genişmiqyaslı hücumlara başlayıb.

Bu əməliyyat ABŞ ordusunun 5 il əvvəl İraqı tərk etməsindən bəri ilk ən böyük əməliyyatdır. Əməliyyatda Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələrinin havadan dəstəyi də olmaqla, kürd və sünni döyüşçüləri, şiə hərbçiləri iştirak edir.

İraqın baş naziri Heydər Əl-Abadi bu gün deyib ki, xalq qələbəni bütöv bir dövlət olaraq qeyd edəcək.

Birləşmiş Şrtatların başçılıq etidyi koalisiya qüvvələrinin baş komandanı general-leytenanat Steven Tounsend Mosulun qaytarılmasının həftələr, bəlkə də daha çox vaxt ala biləcəyini deyib.

Birləşmiş Ştatların müdafiə naziri Aş Karter isə bu əməliyyatın İslam Dövlətinə qarşı həlledici an olacağını dilə gətirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG