Accessibility links

İraqdakı Amerika qüvvələrinin sayı azaldılır


ABŞ prezidenti Donald Tramp və digər rəsmilərin bildirdiyinə görə, İraqdakı Amerika qüvvələrinin sayı azaldılacaq.

Tramp tvit edərək, əlavə məlumat vermədən qüvvələrin İraqdakı mövcudluğunun ixtisarının planlaşdırıldığını bildirib.

Prezidentin tvitinə qüvvələrin 5200-dən 3500-ə qədər azaldılacağına dair məlumatın linki də əlavə ediib. Bu barədə məlumatı ilk olaraq Wall Street Journal yayıb.

ABŞ-ın ordu rəsmiləri də bu məlumatı təsdiq edib.

“Biz İraq qüvvələrinin İŞİD-ın qalıqlarının təmizləməsi və bu qrupun fəaliyyətinin qarşısını alması qabiliyyətinə malik olduğuna görə əsgəri qüvvələrimizin sayını azaldırıq” - deyə Pentaqon spzçüsü, komandir Cessika L. Maknulti bildirib.

“Hər bir ixtisar İraq hökuməti, koalisiya qüvvələri və NATO tərəfdaşları ilə koordinasiyalı şəkildə, təhlükəsizlik maraqları və İŞİD-ə qarşı kampaniya çərçivəsində həyata keçiriləcək” , Maknulti Amerikanın Səsinə verdiyi açıqlamada deyib.

İraq rəsmiləri qüvvələrin ixtisarına dair şərh verməyib.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın havadan dəstəyinin əhəmiyyəti böyükdür

ABŞ-ın İraqdakı qüvvələrinin gələcəyinə dair müzakirələr cari ilin əvvəlində başlayıb. Məsələ İraqın baş naziri Mustafa Əl-Kadiminin ötən həftə Ağ Evi ziyarəti zamanı da qaldırılıb.

Ekspertlərin fikrincə, Mosul da daxil olmaqla, İraq şəhərlərində İŞİD-in məğlubiyyəti İraq qüvvələrinin militantlarlarla mübarizəsinin effektivliyini göstərir.

“İraqın silahlı qüvvələri quruda hərbi əməliyyatların öhdəsindən gəlib. Lakin ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın havadan dəstəyinin əhəmiyyəti böyükdür” - deyə, Bağdadın Nəhreyn Universitetinin professoru Hüseyn Əli Ələvi bildirib.

Ələvi Amerikanın Səsinə deyib ki, İŞİD-in qalıqlarının məhvi kampaniyası davam etdirilir. O, İraq hökumətinin hələ də İraqın silahlı qüvvələrinin təhlükəsizlik sektorunda islahatlar və mülki əhali ilə qüvvələr arasında əlaqələrin yaraılmasında beynəlxalq koalisiyanın təcrübəsinə ehtiyacı olduğunu vurğulayıb.

Ələvi əlavə edib ki, avqustdan başlayaraq qalan 3500 nəfərlik əsgəri qüvvənin çıxarılması 3 il sürəcək.

Birləşmiş Ştatların başçılıq etdiyi beynəlxalq koalisiya ötən həftə qüvvələrini İraqın Taci hərbi bazasından çıxararaq, bazanı İraq təhlükəsizlik qüvvələrinə təhvil verib.

Bağdaddan 20 kilometer şimalda yerləşən baza son aylar ABŞ hərbi qüvvələrini hədəf alan İranın dəstəklədiyi qruplaşmalar tərəfindən raket zərbələrinə məruz qalmışdı.

“Koalisiyanın hərbi personalının çıxarılması İraq hökuməti ilə koordinasiya edilmiş uzunmüddətli planın bir hissəsidir” - deyə, koalisiyanın bəyanatında bildirilir.

Bəyanatda həmçinin Taci hərbi bazasında koalisiya qüvvələrinin 2000 əsgərinin yerləşdirildiyi və onların çoxunun yay aylarında bazanı tərk etdiyi qeyd edilir.

Eyni zamanda bazadakı koalisiya qüvvələrinin qalan hissəsinin avadanlığın İraq təhlükəsizlik qüvvələrinə təhvil verilməsi yekunlaşdırılana qədər bazada qalacağı bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG