Accessibility links

İraq və Suriya səmalarında kimlər dronlardan istifadə edir? [Təhlil]


Ötən ay İraq əsgəri Anbar vilayətində qəribə “vızıltı” səsi eşidəndə o, quş boyda olan təyyarəni vurmaq qərarına gəlmişdi.

Aparatı araşdırdıqdan sonra İraqın Müdafiə Nazirliyi bildirmişdi ki, İŞİD terror qruplaşmasının istifadə etdiyi bu nəzarət dronunu internetdən 1000 dollardan da ucuz qiymətə almaq mümkündür.

“Dronlar müharibələrə yeni aspekt gətirib və döyüş meydanının formasını dəyişərək qarşıdurmanı daha mürəkkəb və mütəşəkkil edib.”
ABŞ ordu polkovniki

Belə insidentlər artıq İraq vı Suriyada adi hal almağa başlayıb. Regiondan olan rəsmilər və təhlilçilərlə müsahibələrə əsasən ən azı 7 ölkə ölkə və bir neçə yaraqlı qruplaşmaya məxsus dronlar İraq, Suriya və eləcə də Türkiyənin səmalarında peyda olur.

“Dronlar müharibələrə yeni aspekt gətirib və döyüş meydanının formasını dəyişərək qarşıdurmanı daha mürəkkəb və mütəşəkkil edib.” – deyə dronların yayılmasını öyrənən təqaüddə olan ABŞ ordu polkovniki Robert Kassidi bildirib.

Dron uçuran ölkələr

Türkiyə, Suriya, İran, Rusiya, ABŞ, Böyük Britaniya və İraq regionda dronlardan istifadə edib. Kürd üsyançıları, Suriya üsyançı qüvvələri, Hizbullah və İŞİD də bəzi növ dron uçuranlar arasındadır.

Mərkəzi Kəşfiyyat İdarəsi və Birgə Xüsusi Əməliyyat Komandanlığının dron proqramları əsasən Türkiyənin hərbi bazalarından həyata keçirilir.

Pentaqon Amerikanın Səsinin dron proqramının hansı məqsədlərlə həyata keçirildiyini şərh etmək istəməyib. Əvvəllər isə bu proqram Pakistan və Yəməndə terror şübhəlilərini hədəf almaq üçün həyata keçirilib.

Türkiyə isə mayın 1-də İŞİD terrorçularını hədəf almaq üçün ABŞ istehsalı dronlardan istifadə etdiyini açıqlayıb.

Texnoloji maraq

Digər cihadçı qruplardan fərqli olaraq İŞİD güclü texnoloji biliklərə malik olduğunu nümayiş etdirib. Qruplaşma düşmənlər haqqında məlumat toplamaq və təbliğat məqsədilə istifadə üçün ərazi görüntüləri götürmək məqsədi kiçik dronlardan istifadə edir.

2014-cü ildə Komanidə gedən döyüşlər zamanı İŞİD tərəfdarlarının intiharçı hücumları həyata keçirdiyini nümayiş etdirən dron görüntüləri yaymışdı.

Hərbi mənbə bildirir ki, İŞİD İraq və kürd qüvvələrinin bazaları yaxınlığında dron uçuşlarını artırıb.

Bəzi məlumatlarda İraqın dronları İrandan əldə etdiyi deyilsə də, cənab Amin bu iddiaları rədd edərək bildirib ki, İraq dronları əsasən Çin və ABŞ-dan alır: “ABŞ-dan aldıqlarımız yalnız nəzərət xarakterlidir. Ancaq İŞİD-i əsasən Çinin dronları ilə vururuq”

2014-cü ildən İŞİD-ə qarşı mübarizə aparan İraq qüvvələri də dronlardan istifadə edir. “Onlar xüsusilə İŞİD-in bazaları barədə məlumat toplanmasında mühüm əhəmiyyət kəsb edir” – deyə İraq Hava Qüvvələrinin komandiri general-leytenant Ənvər Hama Amin Amerikanın Səsinə bildirib.

Bəzi məlumatlarda İraqın dronları İrandan əldə etdiyi deyilsə də, cənab Amin bu iddiaları rədd edərək bildirib ki, İraq dronları əsasən Çin və ABŞ-dan alır: “ABŞ-dan aldıqlarımız yalnız nəzərət xarakterlidir. Ancaq İŞİD-i əsasən Çinin dronları ilə vururuq”.

Yayılma

Komandirin sözlərinə görə, dronların yayılmasına səbəb onların ucuz və istifadəsi rahat olmasıdır: “Dronların hissələri dükandan ala və dizaynını internetdən əldə edə bilərsiniz”.

5 ildir müharibələrə səhnə olan Suriya səmalarında da dronlara rast gəlmək mümkündür.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü general İqor Konaşenkov oktyabr ayında bildirmişdi ki, Suriya kampaniyası Rusiya üçün kəşfiyyat dronlarının kütləvi şəkildə istifadəsi üçün ilk sınaq idi. Onun sözlərinə görə, pilotsuz uçan aparatlar 24 saat Suriyada kəşfiyyat məlumatları toplayır.

Rusiya müharibəyə prezident Bəşar Əl-Əsəd qüvvələrinə hökumət əleydarı üsyançılar və İŞİD-lə mübarizədə dəstək olmaq üçün hərbi təyyarələri ilə daxil olmuşdu.

İran da Suriya rejiminə yardım etmək üçün dronlardan istifadə edir.

Peyk görüntülərində İranın dronları Dəməşq və Həmada hərbi hava bazaları daxil olmaqla, Suriya hərbi bazalarında qeydə alınıb.

Ancaq İslam Ordusu adlı anti-Əsəd üsyançı qrupu da dronlardan istifadə edir.

Türkiyənin istehsal etdiyi ən böyük dron olan “Anka Block A” ilk dəfə fevral ayında istifadəyə verilib.

Müharibələrlə əhatələnən Türkiyə isə İŞİD və kürd üsyançılarla mübarizəni gücləndirmək üçün özünün dron proqramına milyonlarla dollar yatırmaqdadır.

Türkiyənin istehsal etdiyi ən böyük dron olan “Anka Block A” ilk dəfə fevral ayında istifadəyə verilib.

Analitiklər deyir ki, Türkiyə ordusu dronlardan Türkiyənin daxilində PKK-ya qarşı da istifadə edir.

XS
SM
MD
LG