İraq rəsmiləri deyir ki, şiələrin müqəddəs Kərbəla şəhəri ətrafında baş vermiş iki bomba partlayışı nəticəsində 12 nəfər həlak olub. Zəvvarların illik dini mərasiminə toplaşanlara qarşı həyata keçirilən növbəti hücumlar zamanı onlarla insanın yaralandığı bildirilir. Rəsmilər deyir ki, bugünki partlayışlar şəhərin şərq hissəsindəki avtobus terminalında baş verib. Yüz minlərlə zəvvar Kərbəlaya dini mərasimə toplaşmışdı. Bu, VII əsrdə şəhid olmuş İmam Hüseynin 40-ı ilə əlaqədar mərasimlərdən biri kimi qeyd edir.