Accessibility links

İraqda qarşıdurmalar artıb


İraq rəsmiləri bildirib ki, cümə axşamı təhlükəsizlik qüvvələri silahsız nümayişçilərə atəş açaraq, ən az 40 adamı öldürüb.

İraqın cənubunda yerləşən Nasiriyə şəhərində təhlükəsizlik qüvvələrinin əsas yolları və körpüləri bağlayan etirazçıları atəşə tutması ilə azı 25 nəfər öldürülüb və 200-dən çox adam yaralanıb.

Bağdadda təhlükəsizlik qüvvələri İraq hökumətinin yerləşdiyi Yaşıl Bölgəyə aparan Əhrar körpüsünü keçməyə çalışarkən 4 nəfəri güllələyib və daha 22 nəfəri yaralayıb.

Çərşənbə axşamı etirazçılar Nəcəfdəki İran konsulluğunu yandırdıqları zaman qarşıdurmalar baş verib.

''Gənclər yandırdılar. Konsulluq yandıqca Nəcəfdəki bütün çevik və təhlükəsizlik qüvvələri sanki İraqı bütöv bir şəkildə yandırdığımız kimi bizə atəş açdılar. Çevik qüvvə polisləri gözyaşardıcı qaz bidonlarını intensiv atəşə tutdular və təhlükəsizlik qüvvələri canlı güllələrlə bizi vurdular'' - deyə, nümayişçilərdən biri bildirib.

Etirazçılar hökumətin korrupsiyaya və İraqda İranın artmaqda olan təsirinə son qoymasını tələb edir.

Oktyabr ayından bəri 350-dən çox insan həyatını itirib və minlərlə adam yaralanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG