Accessibility links

İraqda intiharçı hücumu zamanı təhlükəsizlik qüvvələrinin 8 üzvü öldürülüb


İraq polisinin bildirdiyinə görə, intiharçı hücumu zamanı təhlükəsizlik qüvvələrinin 8 üzvü öldürülüb. Rəsmilər hadisənin paytaxt Bağdaddan 170 kilometr şimalda yerləşən Tuz Xurmato şəhərində kürd təhlükəsizlik qüvvələrinin yoxlama məntəqəsi yaxınlığında baş verib. Mərkəzi hökumət və yarı-muxtar İraqın Kürdüstanı tərəfindən idarə edilən ərazidə qeyri-sabit vəziyyət mövcuddur.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin rəsmilər Əl-Qaidə izlərinin olduğunu deyir. Terrorçu qrup Bağdadda şiələrin başçılıq etdiyi hökumətə qarşı fəaliyyətini davam etdirir.

İraqda təkcə iyul ayı zorakıqlıar zamanı 800 insan həyatını itirib. İlin əvvəlindən yaraqlıların hücumları nəticəsində dörd min insanın öldüyü bildirilir.
XS
SM
MD
LG