Accessibility links

Üsyançılar İraqın şimalında şəhəri ələ keçirib


İraqda üsyançılar paytaxt Bağdaddan şimalda Dhuluiyyə şəhərini hücum edərək, hökumət idarələrinin nəzarəini ələ keçirib. Altı nəfərin hücum nəticəsində öldüyü bildirilir.

Rəsmilər Bağdadın təxminən 80 kilometrliyində yerləşən Dhuluiyyəyə hücumun bazar günü səhər başladığını deyib. Hökumət qüvvələri İraqda və Suriyada İslam dövləti qrupu ilə əlaqəsi olan yaraqlıların ələ keçirdiyi şəhəri nəzarətini keçən ay geri almışdı. Üsyançıların Dhuluiyyənin nəzarətini yenidən ələ alması onların Bağdad istiqamətində hərəkət etməyə davam etməsi kimi qiymətləndirilir.

Bu arada, gecə İraqın edam edilmiş keçmiş diktatoru Səddam Hüseynin müavininin səsli mesajının yayıldığı bildirilir. İzzət İbarhim Əl-Duriyə aid olduğu mesajda İŞİD yaraqlılarının əldə etdiyi nailiyyətlərə yüksək qiymət verilib və Bağdad hökumətinin devrilməsinə çağırışlar səsləndirilib.

Şənbə günü Human Rights Watch təşkilatı İraqın təhlükəsizlik qüvvəəri və hökumətin dəstəklədiyi silahlı qrupları keçən ay qeyri-qanuni olaraq 255 məhbusun edam edilməsində ittiham edib.

Təşkilat məhbusların çoxunun hökuməti devirmək uğrunda mübarizə aparan ekstremist qruplardan qaçmağa çalışan sünnilər olduğunu bildirib.

XS
SM
MD
LG