Accessibility links

Sünni siyasətçi İraq parlamentinin spikeri seçilib


İraqın fraksiyalara bölünmüş parlamenti ölkədə siyasi böhrana son qoymaq istiqamətində addım ataraq, sünni qanunverici Səlim Əl-Cuburini spiker seçib.

Lakin bu addımın İraqın prezidenti və baş nazirinin seçilməsi kimi daha geniş razılığın bir hissəsi olub-olmadığı aydın deyil.

2003-cü ildə ABŞ hərbi qüvvələrinin dictator Səddam Hüseyni hakimiyyətdən saldıqdan sonra qüvədə olan qeyri-rəsmi razılığa əsasən, parlamentin spikeri sünni, prezident kürd, baş nazir isə şiə siyasətçi arasından seçilir.

Diyala şəhərini təmsil edən Cuburuninin seçilməsindən sonra parlament 30 gün ərzində prezidenti seçməli, prezident isə öz növbəsində parlamentdə ən böyük blokdan baş nazir seçib ona yeni hökumətin təşkilini tapşırmalıdır.

2006-cı ildən İraqın Baş naziri olan Nuri Əl-Məliki bəzi qanunvericilərin onun partiyasının parlamentdə ən böyük bloku təmsil etməsinə baxmayaraq vəzifəsindən kənara çəkilmək çağırışlarına müqavimət göstərir.

ABŞ Dövlət katibi Con Kerri yeni spikerin seçilməsini alqışlayaraq, bunun İraqın bütün icmalarının hüquqları, istəkləri və qanuni narahatlıqlarını nəzərə alan yeni hökumətin təşkili kimi mühüm prosesdə ilk addım olduğunu deyib.

XS
SM
MD
LG