Accessibility links

İslam Dövləti qrupunun döyüşçüləri İraqın hərbi vertolyotunu vurub


İraq rəsmiləsi İslam Dövləti qrupunun yaraqlılarının İraqın hərbi vertolyotunu vurub salması nəticəsində iki pilotun həlak olduğunu bildirib.

Mətbuatın verdiyi məlumata əsasən, hücum paytaxt Bağdaddan 95 kilometr şimalda yerləşən İraq şiələrinin müqəddəs Samirə şəhərində baş verib.

İraqın Müdafiə nazirliyinin yüksək səviyyəli rəsmisinin Assoşieyted Press agentliyinə verdiyi məlumata görə, yaraqlılar vertolyotu raket atan qurğu ilə vurub.

İslam Dövləti qrupunun döyüşçüləri oktyabr ayında İraqın mərkəzi bölgəsində yerləşən Baici şəhəri yaxınlığında iki hərbi vertolyotu vurub salmışdı.

Samirə şəhəri İraq ordusu və İslam Dövləti qrupuna qarşı mübarizə aparan şiə yarı-hərbi dəstələr tərəfindən müdafiə edilir. İslam Dövləti qrupu İraqın şimal və qərb bölgələrində böyük ərazi və Suriyanın bir hissəsinə nəzarəti ələ alıb.

XS
SM
MD
LG