Accessibility links

İraq təhlükəsizlik qüvvələri Ənbar vilayətinin geri alınması əməliyyatına başlayıb


İraq təhlükəsizlik qüvvələri İŞİD-ın nəzarətində olan əraziləri İordaniya və Suriya sərhədləri ilə birləşdirən qərbi Ənbar vilayətini geri almaq üşün əməliyyata başlanıldığını bildirib.

ABŞ müdafiə nazirliyi bazar ertəsi ötən ay İŞİD-ın İraq və Suriyadakı mövqelərinə edilən hava hücumlarını nümayiş etdirən video yayımlayıb.

ABŞ müdafiə nazirliyinin sözçüsü Peter Kuk müxbirlərə deyib ki, əgər İraq təhlükəsizlik qüvvələri Rutbah şəhərinə nəzarəti ələ ala bilsə, bu İŞİD-a qarşı mübarizədə və İŞİD qüvvələrinin İordaniya sərhədindən keçməsinin qarşısının alınmasında böyük irəliləyiş demək olacaq.

Bu ilin əvvəli İŞİD Suriyanın şərqində və sərhədin o biri tərəfində İraqın Sincar şəhəri yaxınlığındakı ərazilərə nəzarəti itirib.

Rutbah şəhəri ətrafında qərbdə bu əlaqə itirilsə, İŞİD-ın Suriya və İraq arasında sərhəd boyu nəzarət etdiyi yeganə bütöv keçid Ənbar vilayətinin Qaim ərazisi olacaq.

Bu sərhəd keçidi İŞİD-in Suriyada defakto paytaxtı olan Raqqa şəhərinə qədər uzandığına və təchizat və yeni döyüşçülərin gətirilməsi üçün istifadə edilən Türkiyə sərhədindəki keçidlə birləşdiyinə görə yaraqlı qrup üçün olduqca böyük əhəmiyyətə malikdir.

Pentaqon bazar ertəsi bildirib ki, İŞİD bir zamanlar İraqda ələ keçirdiyi ərazilərin 45, Suriyada isə tutduğu ərazilərin 16-dan 20 faizinə qədərinə nəzarəti itirib.

XS
SM
MD
LG