Accessibility links

"İraqda həbsdə olan azərbaycanlıların azadlığa buraxılması istiqamətində işlər görülür"


İraq, Kərbila, 2013.

“İraqın sərhədlərini qanunsuz olaraq keçdiyi üçün saxlanılan Azərbaycan vətəndaşlarının azad edilməsi istiqamətində işlər aparılır”.

Bunu APA agentliyinə Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib.

R.Qafarov bildirib ki, hazırda həmin şəxslərin siyahısı, İraqa hansı yolla, nə vaxt gəldiklərinə dair məlumatlar dəqiqləşdirilir: “Bu işlər bitdikdən sonra onların həbsdən azad edilərək Azərbaycana göndərilməsi üçün çalışacağıq”.

Diplomat əlavə edib ki, İŞİD-dən xilas edilən digər azərbaycanlı uşaqların da ölkəyə göndərilməsi üçün danışıqlar davam etdirilir: “Uşaqların sayı çoxdur. Dəqiq say bəlli olmadığı üçün nə isə demək hələ tezdir. Uşaqlar hazırda tapıldıqları yerdə saxlanılır. Çalışırıq ki, onları bizə yaxın bir yerə gətirib, şəraiti uyğun olan yerdə yerləşdirək. Uşaqların saylarını, kimliklərini müəyyənləşdirmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşları ilə sıx əlaqədəyik. İşlər bitdikdən sonra hamısının Azərbaycana göndərilməsini təmin edəcəyik”, o qeyd edib.

Xatırladaq ki, bundan öncə bir azərbaycanlı uşaq İraqdan Azərbaycana gətirilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG