Accessibility links

İraqda İŞİD-lə əlaqədə şübhəli bilinən azərbaycanlı qadınların saxlanıldığı bildirilir


İraq, Kərbila, 2013.
İraq, Kərbila, 2013.

İraq parlametninin deputatı Vian Dahil ölkəsinin hərbçilərinin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladığını bildirib.

Deputatın sözlərinə görə, qadınlar həbsxanalara yerləşdirilib.

İraqın Müdafiə Nazirliyindəki mənbə isə 512 rusiyalı qadının saxlanılması barədə məlumatı RİA Novosti agentliyinə təkzib edib.

“Saxlanılanlar var, lakin onlar çox deyil və müxtəlif ölkələrin vətəndaşlarıdır”, mənbə qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İraqda Azərbaycan vətəndaşı olan qadınların saxlanılması ilə bağlı Amerikanın Səsinin sorğusuna cavabında deyib ki, Xarici İşlər Nazirliyinin bu kimi halların olması barədə məlumatı var.

“Faktların araşdırlması və dəqiqləşdirilməsi ilə bağlı işlər aparılır. Ölkəmizin İraqdakı səfirliyi bu ölkənin müvafiq dövlət orqanları ilə məsələ ilə bağlı daimi əsasda təmasdadır”, o qeyd edib.

Xatırladaq ki, bu il oktyabrın 12-də İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan azərbaycanlı uşaq Azərbaycana gətirilib.

Bu il oktyabrın 30-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki,İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla Xarici İşlər Nazirliyi ilə bərabər Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğuldur.

Nazir deyib ki, ilk növbədə İraq hökuməti ilə birgə həmin insanların bu ölkəyə necə getməsi, hansı işlə məşğul olmaları və gələcək taleləri müzakirə olunacaq.

"Bu məsələ Bağdaddakı səfirliyimiz və konsulluğumuzun daimi diqqət mərkəzindədir. Bu məsələnin hər birinə fərdi qaydada baxılacaq. İstənilən insanı sadəcə, götürüb ölkəyə gətirmək olmaz. İlk növbədə müvafiq hüquqi məsələlər müəyyənləşdirilməlidir. İraqda 100-dən bir az çox qadın və uşaq var. Bir ay ərzində bu siyahı tam dəqiqləşəcək", Məmmədyarov qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG