Accessibility links

İraqda əsgərləri qətlə yetirən 24 nəfərə ölüm cəzası verilib


İraq məhkəməsi bir il əvvəl Tikrit şəhərində hərbi qoşunlara qarşı qırğın törətməkdə iştirak etmək 24 yaraqlıya ölüm hökmü çıxarıb.

İslam Dövləti vilayətin paytaxtl və hərbi bazanı ələ keçirdikdən sonra çoxu şiə olan yüzlərlə yeni əsgəri güllələyərək öldürmüşdü.

Bu gün Bağdad mərkəzi məhkəməsi 24 yaraqlıya cinayətdə iştirak etdikləri üçün edam hökmü çıxarıb. İttiham olunan digər 4 nəfər isə yetərli sübut olmadığı üçün bəraət alıb.

Tikrit İraqın edam olunmuş lideri Səddam Hüseynin doğulduğu yerdir. Şəhəri İslam Dövləti keçən yayda ələ keçirmişdi.

İraq ordusu şiə yaraqlıları ilə birlikdə və ABŞ-ın hava hücümlarının dəstəyi ilə üsyançıları şəhəri tərk etməyə məcbur ediblər.

XS
SM
MD
LG