Accessibility links

İraqlı etirazçılar Bağdadda parlament binasına daxil olublar


İraqlı etirazçılar Bağdadda parlament binasına daxil olublar. 30 iyul, 2022.
İraqlı etirazçılar Bağdadda parlament binasına daxil olublar. 30 iyul, 2022.

İraqda nüfuzlu şiə ruhaninin yüzlərlə tərəfdarı şənbə günü bu həftə artıq ikinci dəfər ki, parlament binasına zorla daxil olub. Onlar İranın dəstəklədiyi qruqpların hökumət formalaşdırmaq səylərinə etiraz edirlər.

Associated Press jurnalistləri İraqın təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və səsli bombalardan istifadə edərək, bir neçə nəfərin yaralanmasına səbəb olduğuna şahid olublar. Gözlənilən parlament sessiyası baş tutmayıb, binanın dəhlizində heç bir qanunverici görünməyib.

İraqın Baş naziri Mustaf əl-Kadimi təhlükəsizlik qüvvələrinə nümayişçiləri qorumaq göstərişi verib və nümayişçiləri etirazlarını dinc şəkildə keçirməyə çağırıb.

Nüfuzlu ruhani Müqtəda əl-Sədrin tərəfdarı olan minlərlə nümayişçi rəsmi binaların və xarici səfirliklərin yerləşdiyi İraqın Yaşıl Zonasının darvazasına aparan sement barrikadalarını kəndirlərlə yıxıblar.

Onlar əl-Sədrin İranın dəstəklədiyi şiə partiyalardan ibarət Koalisiya Çərçivəsi ittifaqının başçılığı ilə növbəti hökumətin formalaşdırımasına etiraz etmək çağırışlarına cavab veriblər.

“Biz bu gün korrupsioner siyasi sinifi yığışdırmaq və onların parlament iclası keçirməsinə mane olmaq, Çərçivənin hökumət qurmasına mane olmaq üçün gəlmişik,” 41 yaşlı Raad Tabet deyib. “Biz əl-Sədirn çağırışına cavab verdik. Biz Yaşıl (Zonaya) gedəcəyik. Hər nə bahasına olursa olsun.”

Əl-Sədirn partiyası iyun ayında hökumətin qurulması ilə bağlı danışıqlardan geri çəkilərək, Koordinasiya Çərçivəsi ittifaqındakı rəqiblərini prosesi davam etdirmək üçün ehtiyacları olan çoxluqla təmin edib.

Bunun ardınca Əl-Sədr rəqiblərinə qarşı geniş tərəfdar bazasından istifadə edib.

Çərşənbə günü Çərçivə ittifaqı baş nazirliyə Məhəmməd əl-Sudanini nominasiya edəndən və Əl-Sədrin hədələrinə rəğmən hökumət formalaşdırmağa hazır olduqlarına işarə edəndən sonra onun yüzlərlə tərəfdarı parlament binasına daxil olub.

XS
SM
MD
LG