Accessibility links

İraqlılar Mosulun bərpa edilməsinə çalışır [Video]


İraqlılar Mosulun bərpa edilməsinə çalışır
please wait

No media source currently available

0:00 0:02:47 0:00

İslam dövlətinə qarşı aparılan 9 aylıq müharibədən sonra Mosul şəhərinin şərq hissəsindən fərqli olaraq qərb hissəsində yerləşən bölgələrdə ciddi dağıntılar yaranıb.

Hava hücumları və küçə döyüşləri səbəbindən tarixi Köhnə şəhər və qərb ərzilər böyük xarabalığa çevrilib.

Bu cür böyük yenidənqurma işi ilə üzləşən İraq rəsmiləri bunu hökumətin tək başına edə bilməyəcəyini söyləyir.

Hökümət üçün binaların yenidən tikintisi və köçkünlərin evlərinə qayıtması prioritet məsələdir.

Mosulun qərbində 630 min, şərqində isə 70 minə yaxın sakin hələ də evlərinə qayıda bilməyib.

Problemin qısa və uzunmüddətli həlli üçü hökümətə 12 milyard dollar maliyyə vəsaiti lazımdır.

Hökumətin məqsədi may ayının ortalarında keçiriləcək parlament və bələdiyyə seçkilərindən əvvəl məcbur köçkünlərin əksəriyyətinin yerləşdirilməsini sona çatdırmaqdır.

Ancaq bu məqsədin qarşısında ciddi bir problem var.

Qərbi Mosulun 54 rayonunun 15-i təmamilə dağıdılıb. Həmin ərazilərində partlamamış silahlarla çirklənmiş 10 milyon tondan çox dağıntı var" - deyə, BMT-nin İraq üzrə təmsilçisi Liz Qrande bildirib.

Qrandenin sözlərinə görə, ərazi təmizlənməzdən əvvəl diqqətlə yoxlanılmalı olduğu üçün bu proses aylar və hətta illər çəkə bilər.

Şəhərin infrastrukturu da ciddi şəkildə zədələnib. Elektrik, su və sanitariya ilə yanaşı şəhərin tibb və təhsil müəssisələrinin də əsaslı bərpası lazımdır.

Əsas xidmət sahələrinin tez bir zamanda bərpa edilməsi yeni azad olunmuş ərazilərin sabitləşmə prosesi üçün çox vacibdir.

Hələlik əsas məqsəd Mosulun daha güclü vəziyyətə gətirilməsidir.

İraqlılar ümid edir ki, Mosulun uğuru bütün ölkənin bərbası üçün milləti ruhlandıracaq.

XS
SM
MD
LG