Accessibility links

İrkutskda daşqında ölənlərin sayı 23-ə çatıb


Rusiya rəsmiləri İrkutskda daşqında ölənlərin sayının 23-ə çatdığını bildirir.

İyulun 8-də verilən məlumata görə, 8 nəfər itkin sayılır.

Daşqında itkin düşmüş 30 nəfər xilas edilib.

Xilas olunanların durumu barədə məlumat verilmir.

Daşqın 107 yaşayış mərkəzinə təsir göstərib, 10 mindən çox evə su dolub, 33 minədək adam evindən didərgin düşüb.

Rəsmilər təmizləmə işlərinin davam etdiyini bildirib.

İlkin hesablamalara görə, daşqınının vurduğu ziyan 29 milyard rubldur (454 milyon dollar).

XS
SM
MD
LG