Accessibility links

İrma qasırğası Floridaya yaxınlaşır


Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, son dərəcə təhlükəli İrma qasırğası 4-cü kateqoriya ilə Baham adalarının cənub-şərq bölgəsinə doğru irəliləyir.

5-ci kateqoriya gücündə olan İrma bu gün səhər tezdən 4-cü kateqoriyaya düşüb. Sinoptiklər qarşıdan gələn bir-iki gün ərzində qasırğanın intensivliyində dəyişikliklər olacağını, lakin bir neçə gün güclü olaraq qalacağını deyib.

Avqust və sentyabr ayları ABŞ-da "hurricane" - yəni qasırğa mövsumu kimi tanınır. Bu aylarda Atlantik Okeanı mərkəzində başlanan burulğan formalı tufanlar qasırğaya çevrilərək şimala istiqamət alır.

Hazırda İrma hərəkətini saatda maksimum 250 km. gücündə küləklə davam edir.

Qasırğa Mərkəzi tufanın Baham adalarında cümə və şənbə günləri davam edəcəyini, Florida ştatının cənub bölgəsini və Florida Key adalarını isə şənbə günü gecə və ya bazar günü səhər saatlarında vuracağını bildirib.

Floridanın cənub bölgəsində yaşayan yarım milyona qədər sakinə evlərini tərk etmək göstərişi verilib.

Ştat qubernatoru Rik Skott hazırda bölgədə benzin qıtlığı barədə xəbərdarlıq edib.

İrma küləkləri yaxınlaşdıqca Haitidə səmanın rəngi tündləşir, leysan yağışları və küləklər şiddətlənir. Fort-Liberte, Haiti. 7 sentyabr, 2017.
İrma küləkləri yaxınlaşdıqca Haitidə səmanın rəngi tündləşir, leysan yağışları və küləklər şiddətlənir. Fort-Liberte, Haiti. 7 sentyabr, 2017.

Cəmi iki həftə öncə qüdrətli Harvi qasırğası Birləşmiş Ştatların dördüncü ən böyük şəhəri Hyustonun böyük hissəsi və Texas ştatının cənub-şərq ərazilərdə nəhəng daşqınlara səbəb olmuş, insan təlafatına və milyardlarla dollar həcmində maddi ziyana səbəb olmuşdu.

Prezident Donald Tramp Puerto Rikoda fövqəladə vəziyyət elan edib.

ABŞ-ın Müdaiə Nazirliyi 3 hərbi gəmi 20-yə yaxın təyyarə və yüzlərlə dənizçini səfərbər edərək, Puerto Riko və Vircin adalarında bərpa işlərinə yardım üçün göndərib.

Bu arada, Nümayəndələr Palatası qasırğadan sonrakı bərpa işləri üçün vəsait də daxil edilməklə,borc həddi barədə 15 milyardlıq sənədi təsdiq edib.

Dünən Senatın təsdiqini əldə edən sənəd prezidentin imzası üçün Ağ Evə göndəriləcək.

Avqust və sentyabr ayları ABŞ-da "hurricane" - yəni qasırğa mövsumu kimi tanınır. Bu aylarda Atlantik Okeanı mərkəzində başlanan burulğan formalı tufanlar qasırğaya çevrilərək şimala istiqamət alır.

Qasırğaların mərkəzi okean üzərində olarkən ən güclü effektə malik olur və sahilyanı əraziləri viran qoyur. Torpaq üzərinə keçdikcə, qasırğa küləkləri və leysan yağışları tədricən zəifləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG