Accessibility links

İrma qasırğası Florida ştatında dağıntılara səbəb olub


ABŞ Milli Qasırğa Mərkəzi bildirib ki, İrma bazar ertəsi Floridanın şimalı və Corciya ştatının cənubuna doğru irəlilədikcə zəifləyərək tropik qasığaya çevrilib.

Lakin sinoptiklər bildirib ki, İrmanın ABŞ-ın cənub-şərq sahilləri boyu səbəb olduğu küləklər hələ də həyat üçün təhlükəli ola və hazırkı vəziyyəti kəskinləşdirə bilər.

Bundan əlavə Milli Qasırğa Mərkəzi bildirib ki, bazar ertəsi axşamadək Floridanın şimal-şərqi, Corciyanın cənub-şərqi və Cənubi Karolina boyu tornadolar ola bilər.

The eye of Hurricane Irma passes through Naples, Florida, Sept. 10, 2017.
The eye of Hurricane Irma passes through Naples, Florida, Sept. 10, 2017.

​Bazar günü axşam İrma saatda 155 kilometr sürətlə irəliləyib.

ABŞ ərazisinə daxil olmazdan əvvəl İrma Karib adaları boyu böyük dağıntılara səbəb olub.

Hazırda Hose qasırğası üçün hazırlıqlar gedir. Hose qasırğasının bazar günü axşam saatlarında 185 kilometr sürətlə əsən küləklərə səbəb olub.

Hose qasırğasının həftə ərzində tədricən zəifləyəcəyi gözlənilir. Sinoptiklər növbəti bir neçə gündə Hose qasırğasının Hispaniola, Bahama, Turks və Kankun adalarını təsirinə məruz qoyacağını deyib.

İrma Amerikanın üçüncü ən çox əhalisi olan Florida ştatında dağıntılara səbəb olub.

Bazar günü İrma ştatın sahilinin bir hissəsinə saatda 200 kilometrdən çox sürətlə əsən külək gətirdikdən sonra ştatın üç milyondan çox sakini işıqsız qalıb.

Bazar günü prezident Donald Tramp Florida ştatını fəlakət zonası elan edib. Bu, qasırğadan zərər çəkənlərə federal yardım çatdırılması prosesini tezləşdirəcək.

Ştat boyu 75 mindən çox insan 400 sığınacağa yerləşdirilib.

XS
SM
MD
LG