Accessibility links

Avropa Şurasının komissiyası Azərbaycanda irqçilik və dözümsüzlük haqqında hesabat yayıb


Avropa Şurası
Avropa Şurası

Avropa Şurasının İrqçilik və Dözümsüzlük Əleyhinə Komissiyası (ECRİ) iyunun 7-də Azərbaycandakı vəziyyət haqqında hesabat dərc edib.

Komissiyanın məlumatında deyilir ki, miqrasiya qanunvericiliyində və azlıqların həyat şəraitində irəliləyişinə baxmayaraq, müstəqil vətəndaş cəmiyyətinə və mediaya qarşı kin və repressiyalar dilindən ardıcıl istifadə, cinsi azlıqlar haqqında formalaşmış mənfi fikir və dini azlıqlara qarşı ayrı-seçkilik narahatlıq doğurur.

2014-cü ildə Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb və “Miqrasiya Məcəlləsi” qəbul edilib.

Eyni zamanda, ECRİ müstəqil vətəndaş cəmiyyətinə və KİV-ə qarşı genişmiqyaslı repressiyalarla bağlı narahatlıq ifadə edir. Nəticədə zəif qruplar artıq irqçilik, nifrət və ayrı-seçkilik salınması faktları ilə bağlı kömək üçün QHT-lərə müraciət edə bilmirlər.

Son 5 ildə etnik mənsubiyyət zəminində zorakı cinayətlərin olmamasına baxmayaraq, siyasi liderlər, təhsil müəssisələri və KİV nifrət ritorikasından istifadə etməyə davam edir. “Budapeştdə erməni zabitinin qətlinə görə ömürlük həbsə məhkum edilmiş Ramil Səfərovun 2012-ci ildə əvf olunması, buraxılması irqçilik zəminində cinayət törədən şəxslərin cəzasız qalması hissinin formalaşmasına şərait yaradır”, deyə hesabat müəllifləri iddia edir.

Məruzədə hakimiyyətin daim kindən istifadəyə son qoyması və qarşılıqlı anlayış və etimada şərait yaratması tövsiyə olunur.

Azərbaycan ayrı-seçkiliyə qarşı mübarizə üzrə hərtərəfli qanunvericilik qəbul etməyib və ölkədə özəl sektorda irqçiliyə və ayrı-seçkiliyə qarşı mübarizəyə görə cavabdeh müəssisələr yoxdur.

ECRİ həmçinin LGBT-yə qarşı zorakılıq tətbiq edilməklə hücumların sayının çox olması, bunların əksəriyyətinin onların ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı təəssüfünü bildirir.

“Dini etiqad azadlığı haqqında” qanun beynəlxalq standartlara uyğun deyil. Müxtəlif dini azlıqlar ciddi məhdudiyyətlərə və ayrı-seçkiliyə, o cümlədən polis reydlərinə, saxlanılma və cərimələrə məruz qalıblar. İbadət yerləri bağlanıb, məsciddən kənarda namaz qılmaq qadağan edilib, dini ədəbiyyata senzura qoyulub.

Təcrübədə alternativ hərbi xidmət yoxdur.

ECRİ öz hesabatında Azərbaycanın dövlət orqanlarına bir sıra tövsiyələr irəli sürüb. Onlar arasında aşağıdakılar prioritet kimi göstərilib:

- müxtəlif sahələrdə işləyən və müstəqil vətəndaş cəmiyyətinin inkişafı üçün şərait yaratmaq;

- Azərbaycan Avropa Şurasına daxil olarkən götürülmüş alternativ hərbi xidmətin tətbiqi öhdəliklərini yerinə yetirmək.

ECRİ iki il ərzində aparılacaq monitorinq zamanı bu tövsiyələrin həyata keçirilməsini dəyərləndirəcək.

ECRİ Avropa Şurasının insan hüquqları üzrə müstəqil ekspertlərdən ibarət orqanıdır, irqçilik, ksenofobiya, antisemitizm, dözümsüzlük və irqi, milli, etnik mənsubiyyətə, dərinin rənginə, vətəndaşlığa, din və dilə görə ayrı-seçkilik problemlərini izləyir. ECRİ məruzələr hazırlayır və üzv dövlətlərə tövsiyələr verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG