Accessibility links

İrqi tolerantlıq üzrə dünya xəritəsi [Foto]


Azərbaycan Avropa ölkələri ilə eyni səviyyədə, pakistanlılar isə almanlar və hollandlardan daha tolerantdırlar

Dünyanın ən tolerant ölkələri hansılardır və ya ümumiyyətlə bunu necə ölçmək olar? Vaşinqton Post qəzeti Maks Fişerin müəllifi olduğu maraqlı məqalə və infoqrafika dərc edib. Məqalədə ölkələrin tolerantlıq dərəcələri yer alır. Ancaq infoqrafika Vaşinqton Posta deyil, isveçli iki iqtisadçıya məxsusdur. Nə üçün iqtisadçı?

İsveçdən olan iki iqtisadçı bir neçə il əvvəl qərara gəlir ki, iqtisadi azadlıqların irqçiliyə təsirlərini müəyyən etsinlər. Sözsüz ki, onlar ölkələrdə iqtisadi azadlıqların səviyyəsini ölçməyin yollarını çox yaxşı bilirdilər, ancaq elə o qədər də irqi tolerantlığın ölçülməsindən xəbərsiz idilər. Onlara məlum olur ki, ümumiyyətlə dünyada indiyədək belə bir göstərici olmayıb. Bunu əsas götürərək iqtisadçılar Dünya Dəyərləri Sorğusu adlanan layihəyə başlayırlar. Araşdırmalar üçün 81 ölkədə keçirilən sorğu dünyada ölkələrin tolerantlığını göstərən ən yaxşı xəritələrdən birinə çevrilir. Onlar respondentlərə çox sadə bir sualla müraciət ediblər: "Qonşularınızın necə insan olmasını istəməzdiniz?". Cavablar arasında isə "məxsus olmadığım irqdən olan adamlar" variantı olub.

İqtisadçılar sorğunun nəticələrinə əsasən qərara gəlib ki, iqtisadi azadlıqların irqi tolerantlıqla heç bir əlaqəsi yoxdur. Müəllif Maks Fişer isə sorğunu detallı araşdıraraq orada irqi tolerantlıq xəritəsi yaradıb. (Xəritəni tam görmək üçün üzərinə tıklayın.)

Xəritədə ən tünd mavi rəng ən tolerant, ən tünd qırmızı isə ən az tolerant ölkələrə işarə edir.

Qeyri-səmimi respondentlər

Məlumatlara keçməmişdən əvvəl müəllif bildirir ki, bəziləri bu suala cavab verərkən yalan danışıb. Misal olaraq Maks Fişer deyir ki, nəticələrə görə isveçlilər finlərlə müqayisədə daha tolerantdırlar. "Bu mümkündür ki, bu iki qrupun tolerantlıq səviyyəsi eyni olsun, ancaq sorğuda finlər daha səmimi olublar" - deyə müəllif yazır. İkinci məsələ isə sorğunun bir neçə il ərzində keçirilməsi və bəzi məlumatların köhnə ola biləcəyidir. Müəllif yazır ki, bu rəqəmləri bugünkü reallıq deyil, statistika kimi qəbul edin.

Nəticələr

Anglo and Latın Amerikası ölkələri ən tolerantdır. Buraya Böyük Britaniya və keçmiş Anqlo koloniyalar (Kanada, ABŞ, Avstraliya və Yeni Zelandiya), daxildir. Hindistan və İordaniya isə ən az tolerant ölkə kimi xəritəyə düşüb. İordaniyada 51.4, hindistanlıların isə 43.5 faizi fərqli irqdən olan insanlarla qonşuluq etmək istəmədiyini bildirib.

Fransa Avropanın ən az tolerant ölkəsidir. Belaris və Latviya kimi keçmiş Sovet ölkəri Avropanın böyük bir hissəsindən daha tolerantdır. Bu baxımdan Azərbaycanı da Avropa ölkələri sırasına daxil etmək olar. Belə ki, Belarus və Latviyadan geri qalsa da, Azərbaycan təxminən Avropadakı ölkələrin irqi tolerantlığı ilə eyni səviyyədə gedir.

Mühacirət və milli kimliyin böyük və həssas məsələ olduğu Avropanın geniş bir hissəsində isə irqi tolerantlıq göstəriciləri dəyişkəndir. Fransa Avropanın ən az tolerant ölkəsidir. Belaris və Latviya kimi keçmiş Sovet ölkəri Avropanın böyük bir hissəsindən daha tolerantdır. Bu baxımdan Azərbaycanı da Avropa ölkələri sırasına daxil etmək olar. Belə ki, Belarus və Latviyadan geri qalsa da, Azərbaycan təxminən Avropadakı ölkələrin tolerantlığı ilə eyni səviyyədə gedir.

İrqi tolerantlıq baxımından Yaxın Şərq o qədər də ümidverici görünmür. Məsələ xüsusilə Misir və Səudiyyə Ərəbistanında ciddi problem olaraq qalır.

Etnik baxımdan zəngin olan Asiya ölkələrində də irqi tolerantlıq aşağı səviyyədədir. Bu mənada Çin və Qırğızıstandan onlardan daha yaxşı göstəriciyə malikdir. Eyni tendensiya Böyük Səhraaltı ölkələrə də şamil edilir.

Zəngin, yüksək təhsilli və sülhə meylli olmasına baxmayaraq Cənubi Koreya ən pis göstəriciyə malik ölkələrdən biridir. Koreyalıların 30 faizindən çoxu fərqli irqdən olan şəxslə qonşu olmaq istəmədiyini bildirib.

Zəngin, yüksək təhsilli və sülhə meylli olmasına baxmayaraq Cənubi Koreya ən pis göstəriciyə malik ölkələrdən biridir. Koreyalıların 30 faizindən çoxu fərqli irqdən olan şəxslə qonşu olmaq istəmədiyini bildirib.

Tam əksi - dini və irqi zorakılıq cəngində olan və ciddi iqtisadi çətinliklərlə üzləşən Pakistanda isə respondentlərin yalnız 6.5 faizi qonşuluqda fərqli irqə üstünlük vermədiyini dilə gətirib. Bu isə o deməkdir ki, pakistanlılar hətta almanlar və hollandlardan da tolerantdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG