Accessibility links

İŞİD sıralarına böyüklərlə yanaşı uşaqları da cəlb edib [Video]


İŞİD sıralarına böyüklərlə yanaşı uşaqları da cəlb edib
please wait

No media source currently available

0:00 0:03:12 0:00

2015-ci ildə İslam Dövləti Paksitan və Əfqanıstanda yeni səhifəsini açdı. Bu bölgələrdə onlar özlərini “İslam Dövləti Xorasan Vilayəti” adlandırdı. “İslam Dövləti Xorasan Vilayəti” Əfqanıstanın şərgində nəzarəti ələ aldı. Qrup uşaqlar da daxil edilməklə, yerli əhalini sıralarına cəlb etməyə başladı. Amerikanın Səsi qrupa qoşulan iki uşaqdan danışır.

“Məni oraya aparanda 9 yaşım var idi. indi 12 yaşındayam. Onlar bizə videolar göstərir, döyüşməyi, intihar hücumları həyata keçirməyi öyrədirdilər” deyə, vaxtilə “İslam Dövləti Xorasan Vilayəti” qeupunda olan Lal Məhəmməd bildirir.

Lal Məhəmməd və onun qardaşı Bəxti Əli “İslam Dövləti Xorasan Vilayəti”ndə iki ilə yaxın yaşayıb və təlimlər keçib. İndi isə onlar geri dönüb və normal həyata qayıtmağa çalışırlar.

Biz onlarla görüşmək üçün onların yaşadıqları Əfqanıstanın şərgi Qəndəhar vilayətinin Açin mahalına getdik. Biz oraya oğlanlara atası və yerli polis rəisinın müşayiəti ilə getdik.

İŞİD-ın "Xorasan Vilayəti" qrupunun üzvləri onların evinə qədər gəlirdi. Bəxti Əli: “Qrupun komandirləri gəlib bizimlə birlikdə evimizdə otururdu. Onlar bizə müsəlmanların əməliyyatları ilə bağlı videolar göstərirdi. Onlar bizə yerli polisin və ordunun onların kuklaları olduqlarını və onlara qarşı cihad həyata keçirilməli olduğunu deyirdilər.”

Ataları Taviz Xan “İslam Dövləti Xorasan Vilayəti”nə qoşulmağa razı olub və oğlanlarını da özü ilə aparıb. “Mənim 16 yaşıma az qalırdı. Mənim onda saqqalım yox idi. Orada çoxlu uşaq var idi. Onlar uşaqlara intihar hücumu həyata keçirərlərsə, cənnətə düşəcəklərini deyirdilər” deyə, Bəxti Əli bildirir.

Onlara hərbi üslub - fiziki və silahdan istifadə kimi təlimlər keçirilir, tapança və AK-47 avtomat silahından istifadə, bomba və raket hücumlarının necə həyata keçirilməsi öyrədilirdi. Son məqsəd isə onların intiharçı hücumları həyata keçirmələri idi.

Nəhayət, kiçik qardaşını döyüşə apardılar. “Dayeş mənə güllə atmağa getdiyimizi, kənardan atəş açacağımızı dedi. Bundan sonra mən irəliyə gedib üzərimdəki gödəkçəni partlatmalı idim.”

Lakin onlar bu döyüşü uduzdular və geri çəkilməyə məcbur oldular. O, geriyə sağ qayıtdı, zorakılığın şahidi olaraq. “Biz çox sayda insanın öldüyünü gördük. Biz də kimisə öldürmək istəyirdik, çünki bizə Allahın bizi cənnətə aparacağını demişdilər.”

Nəhayət baş verənlər atalarını təngə gətirdi və onlar qaçdı. Onlarla birlikdə başqa insanlar da qaçdı. Hazırda onların atası polislərlə işləyir ki, bu da onların təhlükəsizliyinin qorunmasına yardım edir. Lakin onlar yaxşı bilir ki, İŞİD bölgədə nəzarətini artırsa, onları nələr gözləyir.

XS
SM
MD
LG