Accessibility links

İsa Qəmbər: ABŞ-ın yeni administrasiyasının demokratiya və insan haqları məsələsinə diqqət yetirməsini istəyirik


İsa Qəmbərlə müsahibə
please wait

No media source currently available

0:00 0:11:15 0:00

Bu həftə Rusiya, Türkiyə və İran Suriyada vəziyyətin müzakirə edildiyi zirvə görüşü keçirib. Görüş Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlindən sonraya təsadüf edib. Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra Yaxın Şərqdə fəallağını artırması müşahidə edilir. Bunun regional təsirlərini müzakirə etmək üçün Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibədə Rusiyanın Yaxın Şərqdə fəallığı və bunun regional təsirləri, Rusiya və ABŞ-ın Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsinin həllində səyləri və ABŞ-Azərbaycan münasibətlərinin gələcək perspektivlərindən danışıb.

İsa Qəmbərin fikrincə Yaxın Şərqdə aktivliyi, xüsusilə də Suriya münaqişəsinin həllində fəallığı ölkənin özünü dünya miqyasında lider kimi göstərmək istəyindən irəli gəlir. “Rusiya regional bir dövlətdir, amma təəssüf ki, öz imkanlarına uyğun olmayan bir şəkildə dünya miqyasında jandarmlıq etməyə çalışır və bununla da əslinə qalsa, Putin rejimi Rusiya xalqının diqqətini, ölkənin prblemlərindən, sosial-iqtisadi böhrandan, digər problemlərdən yayındırmağa çalışır və özünü dünya miqyasında bir lider kimi təqdim etməyə çalışır. Rusiyanın Yaxın Şərqdə və Suriyda bu həddindən artıq aqressiv davranışı məncə, bu səbəblərdən irəli gəlir və təəssüf ki, onsuz da mürəkkəb vəziyyəti daha da mürəkkəbləşdirir.”

Rusiya regional bir dövlətdir, amma təəssüf ki, öz imkanlarına uyğun olmayan bir şəkildə dünya miqyasında jandarmlıq etməyə çalışır.

Rusiya və İran arasında xüsusilə də Suriya böhranının həllində strateji əməkdaşlıq münasibətlərindən danışaraq hər iki ölkənin prezident Bəşar Əl-Əsədə dəstəyini qeyd edib. “Əslinə qalanda iki ölkə arasında kifayət qədər ziddiyyətlər də var, amma hər ikisini yaxınlaşdıran amillər də var. Bu amillər hər ikisinin Əsəd rejiminin saxlanmasında maraqlı olmalarıdır. Digər tərəfdən, hər ikisinin müxtəlif müstəvilərdə Amerika Birləşmiş Ştatları və digər Qərb ölkələrinə öz güclərini və digər mövqelərini göstərmək istəyidir. Bu istəklər, bu maraqlar onları bir araya gətirir. Hesab edirəm ki, onların əməkdaşlığı bölgədə sülhün, barışın əldə olunmasını, problemin həll olunmasını yaxınlaşdırmır. Əksinə, mürəkkəbləşdirir və uzaqlaşdırır. Təəssüf ki, beynəlxalq birlik zamnınında bu tendensiyaların qarşısını alşmaq üçün gərəkən addımlar atmadı və indi də vəziyyət gündən-günə mürəkkəbləşməkdə davam edir.”

Bir aydan bir qədər az müddətdən sonra ABŞ-da yeni administrasiyanın hakimiyyətə gələcəyi gözlənilir. İsa Qəmbər Rusiya və ABŞ arasında münasibətlərdə son zamanlar gərginlikdən sonra yeni administrasiya və Moskva arasında münasibətlər perspektivlərindən gözləntilərdən danışıb.

Tramp da nəinki Rusiyaya qarşı, Putin rejiminə qarşı yumşaldacaq Vaşinqtonun siyasətini, əksinə hesab edirəm ki, Obama dövründən daha sərt münasibətlərin formalaşması qaçılmazdır.

“Prezident Tramp çox mürəkkəb bir dövrdə fəaliyyətə başlayacaq. Bir tərəfdən, özünün bəyan etdiyi hədəflər, irəli sürdüyü ideyaların girovluğundan qurtarmağa çalışmalıdır. Digər tərəfdən də, doğrudan da həddindən artıq mürəkkəb situasiyada qərarlar qəbul etməli olacaq. Rusiya ilə istədiyi şəklidə yaxınlaşa bilməyəcək Tramp. Yəni hesab edirəm ki, Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında ziddiyyətlər o qədər dərindir, məsələlərə, dünya problemlərinə yanaşmada o qədər böyük fərqlər var ki, bu ziddiyyətlər dərinləşməkdə davam edəcək və bu gözləntilər doğrulmayacaq və aralarında ziddiyyətlər artacaq, Trampla Rusiya hakimiyyəti arasında ziddiyyətlər artacaq. Amma təbii ki, məsələlərin həlli naminə bir-birilərinə dözmək məcburiyyəti qarşısında qalacaqlar. Bəzən danışıqlar olacaq, məsləhətləşmələr olacaq. Amma çox çətin olacaq və hesab edirəm ki, Tramp da nəinki Rusiyaya qarşı, Putin rejiminə qarşı yumşaldacaq Vaşinqtonun siyasətini, əksinə hesab edirəm ki, Obama dövründən daha sərt münasibətlərin formalaşması qaçılmazdır.”

İsa Qəmbər Rusiya və ABŞ-ın Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsinin həlli istiqamətində gələcək fəaliyyəti ilə bağlı gözləntilər haqda sualın cavabında ABŞ-ın münaqişəyə prioritet məsələ kimi baxmadığını, Moskvanın konfliktdən öz nüfuzunu gücləndirmək üçün istifadə etdiyini deyib.

Konfliktin həlli dedikdə onlar ancaq o variantı məqbul sayırlar Moskvada ki, elə bir şəkildə məsələ həll olunsun ki, həm Ermənistan, həm də Azərbaycan bir növ Moksvanın təsir dairəsində nəinki qalsınlar, əksinə təsqiq olunsun ki, bu dövlətlər elə Moskvanın satellitləridir.

“Rusiyanın məqsədi Qarabağ konftlikni həll etmək deyil. Rusiyanın məqsədi bu konfliktdən istifadə edərək, özünün forpostu olan Ermənistanı tam özünə tabe etdirmək və heç bir şəkildə Moskvadan uzaqlaşmasına imkan verməmək və Azərbaycanı da mümkün qədər bu siyasətin iştirakçılarından birinə çevirmək və Moskvadan asılılığını gücləndirməkdir. Moskva bu xətti aparır, Putin bu xətti aparır və konflikti qətiyyən həll etmək fikrində deyil. Konfliktin həlli dedikdə onlar ancaq o variantı məqbul sayırlar Moskvada ki, elə bir şəkildə məsələ həll olunsun ki, həm Ermənistan, həm də Azərbaycan bir növ Moksvanın təsir dairəsində nəinki qalsınlar, əksinə təsqiq olunsun ki, bu dövlətlər elə Moskvanın satellitləridir. Bu isə mən hesab edirəm ki, təkcə Azərbaycan xalqının, erməni xalqının deyil, Amerika Birləşmiş Ştatlarının da, çağdaş dünyanın maraqlarına da uyğun deyil, ziddir. Ona görə də Amerika Birləşmiş Ştatların bu məsələyə nə qədər çox diqqət yetirsələr, bir o düzgün olar.

Yəni əslinə qalsa, dünya miqyasında bütün bu konfliklərin ana konflikti İsrail-Fələstin münaqişəsi olduğu kimi, post sovet məkanınında da bütün konfliktlərin ana konflikti Qarabağ konfliktidir. Ermənistanın Azərbaycana ərazi iddiaları, təcavüzü nəticəsində, işğalı nəticəsində yaranmış bu konfliktdir. Ona görə də Qarabaq konflikinin həlli olmadan mən post sovet məkanındakı digər konfliktlərin həllini mən real hesab etmirəm. Bu baxımdan, beynəlxalq birlikdən, Amerika Birləşmiş Ştatlarından bu məsələyə daha ciddi, daha diqqətli yanaşmasını istəyərdik.“

Amerika Birləşmiş Ştatları Azərbaycanda demokratiya və insan haqları mövzusuna da sadəcə, sözdə, bəyanatlarda deyil, əməldə, fəaliyyətdə diqqət yetirməlidir.

İsa Qəmbər Azərbaycan və ABŞ-ın yeni administrasiyası arasında münasibətlərin perspektivləri ilə bağlı fikirlərini bölüşüb. “Biz Azərbaycanla Amerika arasında ən sıx strateji əmkdaşlığın olmasınnı tərəfdarıyıq. İstər iqtisadi əlaqələr, istər təhlükəsizlk məsələlərində. Bu, Azərbaycan üçün həddindən artıq önəmlidir, xüsusən, təhlükəsizlik msələləri. Amma eyni zamanda, biz hesab edirik ki, Amerika Birləşmiş Ştatları Azərbaycanda demokratiya və insan haqları mövzusuna da sadəcə, sözdə, bəyanatlarda deyil, əməldə, fəaliyyətdə diqqət yetirməlidir. Biz hesab eliyirik ki, insan haqları, demokratiya məsələləri sadəcə ideallar deyil, eyni zamanda bu sırf maraqlarla bağlı bir gerçəklirdir və dünyada demokratiyanın yayılması və bizim regionda da demokratiyanın oturuşması Amerika Birləşmiş Ştatlarının da, Avropa ölkələrinin də əslinə qalsa, bütün dünyanın da iqtisadi maraqlarına və təhlükəsizlik maraqlarına tamamilə uyğundur. Bu baxımdan bizim istəyimiz bu istiqamətdə əməkdaşlığın olmasını, konkret addımların olmasını istəyirik.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG