Accessibility links

İsaak tropik tufanı Luiziananı vurmaqda davam edir


İsaak tropik tufanı ABŞ-ın körfəz ştatı olan Luiziananı növbəti gün də yağışlara qərq edəcək. Sinoptiklər deyirlər ki, tufan zəifləsə də, o, həyat və əmlaka təhlükə törətməkdə davam edir.

Plakmayns rayonunda onlarla adam çərşənbə günü sığınacağa daxil olub. Lakin Yeni Orleanın balıqçılar məhəlləsində yaşayan və sığınıcağa getməkdən imtina edən 100 adam daşqın suları bəndləri adladıqdan sonra evakuasiya edilib.

Luiziananın Lafitt şəhərininin sakini Tom Tappan tufana sinə gərməyə qərar verib.
“Fikirləşdim ki, bu tufan da başqaları kimi olacaq. Ona görə də evdə qalmağa qərar verdik.”

Sinoptiklər İsaak tropik tufanının cümə günü qonşu Arkanzas ştatına və daha sonra quraqlıqdan uzun müddətdir ki, əziyyət çəkən mərkəzi ştatlara yağış gətirəcəyini xəbər verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG