Accessibility links

İspaniya Kataloniya parlamentini ləğv etdi


İspaniyanın mərkəzi hökümətinin Kataloniyanın nazirlərini vəzifədən azad etmək qərarından sonra şənbə Kataloniyanın devrilmiş prezidenti Karl Puiqdemont müstəqillik uğrunda mübarizə aparmağa davam edəcəyinə söz verib.

İspaniyanın baş naziri Mariano Rahoy Kataloniyanın parlamenti İspaniyadan müstəqilllik lehinə səs verəndən sonra regional qurumu ləğv edib.

Bir zamanlar böyük müxtariyyət sahib İspaniyanın Kataloniya regionu hazırda Madridin birbaşa nəzarəti altındadır.

İspaniyanın baş naziri Mariano Rahoy cümə günü Kataloniyanın parlamenti İspaniyadan müstəqilllik lehinə səs verəndən sonra regional qurumu ləğv edib

Bundan əlavə Rahoy dekabrın 21-də Kataloniyada seçki keçirilməsinə çağırıb və regionun yüksək vəzifəli polis rəsmilərinin səlayihəttlərini əllərindən alıb.

Öncədən yazılmış bəyanatda Puiqdemont azad ölkə qurmağa davam edəcəyini və Kataloniya hökümətini ləğv etməyə təkcə regional parlamentin səlahiyyətinin olduğunu deyib. “Biz demokratik mandatları yerinə yetirmək, eyni zamanda isə maksimum dərəcədə sabitlik və sakitlik təmin etmək istəyirik”, deyə o bildirib.

Kataloniyanın regional parlamenti cümə İspaniyadan ayrılmağın lehinə səs verib.

İspaniyadan ayrılmaqla bağlı qətnamə regional koalisiyanın Puiqdemontun başçılıq etdiyi daha radikal separatçı fraksiyası tərəfindən hazırlanıb, paralmentə təqdim olunub və 70 lehinə, 10 əleyhinə və 2 bitərəf səslə təsdiqlənib.

Kataloniyanın regional parlamentinin cümə qəbul etdiyi qətnamə oktyabrın 1-də keçirilən referendumdan sonra Kataloniyanın müstəqilliyinə dair qeyri-müəyyənliyi aradan qaldırıb.

Puiqdemont qiyama çağırış itihamı ilə 25 il müddətinə həbs cəzası ilə üzləşə bilər. Mərkəzi hökümət artıq iki separatçı lideri həbs edib. Müstəqillik səylərini dəstəkləmək üçün ictimai resurslardan istifadə etməkdə ittiham olunan digər rəsmilərin məhkəmələri isə davam edir.

İspaniya Senatının Kataloniya üzərinə birbaşa nəzarət tətbiq etmək qərarından dərhal sonra hökümət Puiqdemont və onun vitse-prezidenti Oriol Hunquerasın artıq Kataloniyanın regional hökümətinin başçıları olmadığını elan edib.

XS
SM
MD
LG