Accessibility links

Tropik İsayas qasırğası irəlilədikcə fırtınaya çevrilərək Floridaya doğru istiqamət alıb


Tropik İsayas qasırğası irəlilədikcə fırtınaya çevrilərək onsuz da koronavirusun ağır təsirinə məruz qalan Florida ştatına doğru istiqamət alıb.

İsayas şənbə günü Baham adalarını vurduqdan sonra fırtınadan qasırğayadək zəifləyib.

Qasırğa 110 km/saat sürətli küləklərlə müçşayiət edilib. Floridaya çatdıqdan sonra qsırğanın Şimali Karolina ştatının sahillərinə çatacağı gözlənilir.

Florida və Şimali Karolinada fırtına xəbərdarlığı qüvvədədir.
Atlantik okeanı sahillərindəki onlarla mahalda fövqəladə vəziyyət elan edilib.

Gələn həftənin əvvəllərində Karolina ştatlarında ağır yağışlar proqnozlaşdırılıb.

Florida ABŞ-ın koronavirusun ən ağır təsirinə məruz qalan ştatlarından biridir. Burada 480 min yoluxma, 7 mindən çox ölüm halı qeydə alınıb.

Bu ştatda daşqın təhlkükəsinə görə testkeçirmə məntəqələri bağlanıb.

Rəsmilər evakuasiya mərkəzlərinə ehtiyac olmayacağını düşünür, lakin 20 mərkəz hər ehtimala qarşı açıq saxlanılır.

Şimali Karolina ştatında ötən ilin Dorian qasırğasının təsirinə məruz qalan Okrakoke adasından insanların evakusiya edilməsinə göstəriş verilib.

Baham adlarında qasırğa ağacları sındırıb, elektrik xətlərini kəsib. Abako və Böyük Baham adaları boşaldılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG