Accessibility links

Malidə Əl-Qaidə tərəfindən girov götürülən isveç azad edilib


2011-ci ildə Malidə Əl-Qaidə tərəfindən girov götürülən isveç azad edilib. 42 yaşlı Cohan Qustafssonunun durumunun yaxşı olduğu və vətəninə qayıda biləcəyi bildirilib.

İsveçin xarici işlər naziri Marqo Uallstromun bəyanatında onunla telefonla danışıldığı deyilir.

Qustafsson Malinin Timbuktu şəhərində Cənubi afirkalı Stefen Makqovan və holland Sjaaak Rijke ilə bərabər ələ keçirilib. Rijke 2015- ci ildə Fransanın xüsusi təyinatlı qüvvələri tərəfindən azad edilib. Lakin Makqovanın taleyi bəlli deyil.

Uallstrom Qustafssonun hansı şərtlər altında azad edildiyinə dair məlumat verməyib.

Hər 3 nəfərin girov götürülməsinin məsuliyyətini Əl-Qaidə üzərinə almışdı. Onlar mehmanxanada silahlı şəxslər tərəfindən ələ keçirilmişdi. Rijkenin xanımı qaçmağa nail olmuş, silahlılara müqavimət göstərən alman öldürülmüşdü.

XS
SM
MD
LG