Accessibility links

İsfahanda su etirazları dağıdılarkən ölkədə internet kəsilməsi və yavaşlamalar qeydə alınıb


Ötən həftə hökumətin İsfahanda su etirazlarını dağıdarkən ölkədə internet kəsilməsi və yavaşlamalar qeydə alınıb. Ölkənin digər bölgələrində daha kiçik etirazların keçirildiyi bildirilsə də, İsfahan bölgəsində onlarla etirazçı hökumət təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Sosial mediada yayımlanan həvəskar videoda şənbə günü İranın üçüncü ən böyük şəhəri İsfahanda etirazçıların bölgəyə gedən nəqliyyatını kəsmək üçün yolların bağlandığını və təhlükəsizlik qüvvələrinin Zayandah Rud çayında su qıtlığına görə etirazları davam etdirməsinə mane olduğunu görünüb.

Son 48 saat ərzində onlarla etirazçının həbs edildiyi bildirilir.

İranın müxalifət qrupları cümə axşamı və cümə günləri İsfahanda nümayişçilərin böyük fəallığının ardınca ölkənin bir çox bölgələrində internet xidmətinin kəsildiyini, şənbə günü etirazlar haqqında məlumat toplamaqda çətinlik çəkdiyini bildirib.

İranın hərbi komandiri, general Məhəmməd Rza Mir Heydəri dövlət televiziyasına deyib ki, etiraz aksiyaları “məhduddur” və təhlükəsizlik qüvvələri vəziyyətə nəzarət edir.

BBC Fars xidməti cümə günü nümayişlərdən sonra İsfahan Universitetinin iki tələbə etirazçısının vəziyyətinin ağır olduğunu, İranın müxalif insan haqları qrupu isə son 24 saat ərzində atəş və ya gözyaşardıcı qazdan 3 nəfərin öldüyünü bildirib.

Sosial şəbəkələrdə yayımlanan həvəskar videoda təhlükəsizlik qüvvələrinin və könüllü milis qüvvələrinin (bəsic) etirazçılara gözyaşardıcı qazdan istifadə etdiyi göstərilib.

Bəzi məlumatlara görə, təhlükəsizlik qüvvələri həqiqi güllələr atıb.

Amerikanın Səsi bu xəbərləri müstəqil şəkildə təsdiq edə bilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG