Accessibility links

İŞİD-a yardım edən ABŞ əsgərinin məhkəmə işi davam edir


Federal Təhqiqatlar Bürosu bildirib ki, İŞİD qrupuna yardım etməyə cəhd səbəbi ilə həbs edilən ABŞ ordu çavuşu təhdid etmək və ekstremist bəyanatlar verməklə tanınırdı.

İkaika Kanq xidmət çəkdiyi Havayda ilk dəfə məhəkəmə qarşısına çıxarıldıqdan sonra məhbəsdə saxlanılır.

Federal Təhqiqat Bürosunun özlərini İŞİD-ın podratçısi kimi qələmə verən gizli agentləri şənbə günü İŞİD-a sadiqlik andı içdikdən və çox sayda insan öldürmək istədiyini dedikdən sonra həbs edilib.

Əsgərin atası Klifford Kanq oğlunun həbsi xəbərindən şok keçirdiyini deyib.

Federal Təhqiqatlar Bürosu bildirib ki, Kanq məxfi hərbi sənədləri özünü İŞİD-ın üzvü kimi qələmə verən gizli agentə verib.

Kanqın məhkəmə tərəfindən təyin edilmiş vəkili onun döyüşlə əlaqədar ruhi xəstəlikdən əziyyət çəkdiyini ehtimal edir.

Havayın Viler Hərbi Aerodromunda hava nəqliyyat nəzarətçisi işləyən Kanq bundan əvvəl İraq və Əfqanıstanda xidmət edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG