Accessibility links

İŞİD-in Kabildə törətdiyi partlayış nəticəsində 80 insan həyatını itirib [YENİLƏNİB]


İŞİD Əfqanıstan paytaxtında 80 adamın ölümülə nəticələnmiş bomba partlayışının məsuliyyətini öz üzərinə götürüb.

İslam Dövləti qrupuna məxsus veb səhifədə yerləşdirilmiş məlumatda qrup hadisəyə görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. Açıqlamada bildirilir ki, hücum Əfqanıstanda əsas etibarilə şiə olan etnik hazarlara qrupa qarşı mübarizədə Suriya hökumətinə kömək etməyə son qoymaları üçün xəbərdarlıqdır.

Əfqanıstanın Daxili İşlər nazirliyinin verdiyi bəyanatda üç intiharçının dinc nümayişçilərə hücum etdiyi bildirilir. Bəyanatda deyilir ki, hücumçulardan biri partlayıcını nümayişçilər arasında işə salıb, ikincisi səhvən yalnız özünü öldürüb, üçüncü hücumçu isə təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Hücum etnik hazara qrupuna mənsub minlərlə insanın onların yaşadığı Bamiyan vilayətində inşası planlaşdırılması nəzərdə tutulan elektrik xəttinin yolunun dəyişdirilməsi tələbilə etiraz nümayişi keçirdiyi vaxt baş verib.

İnsan haqları qrupları və təhlilçilər İranı ölkədə sığınacaq tapmış üç milyon qaçqın arasında kişilərə gizli şəkildə təlim verib onları hökumət qüvvələri ilə birlikdə döyüşmək üçün Suriyaya göndərməkdə ittiham edib.

Rəsmilər nümayişçilərin paytaxtın mərkəzində prezident sarayına gələ bilməsinin qarşısını almaq məqsədilə şəhərdə əsas yolları bağlayıb. Bu, nümayişçilərin hərəkətinin məhdudlaşdırılması, mağazalar və idarələrin bağanması ilə nəticələnib. Yolların bağlanması hücum qurbanlarına yardım göstərməyə çalışan xilasetmə işçilərinin hərəkətinin məhdudlaşdırılmasına səbəb olub.

Prezident Əşrəf Qani zorakı hücumu " terrorçular və opportunistlərin əməli" kimi qınayaraq, hökumətin etirazçıların təhlükəsizliyini təmin etmək üçün tədbirlər gördüyünü bildirib.

Əfqanıstan rəsmilərinin hücumun detalları ilə bağlı mətbuat konfransında açıqlamalar verəcəyi gözlənilir. Pakistanın Xarici İşlər nazirliyi və ABŞ-ın Əfqanıstandakı səfirliyi hücumu qınayan bəyanatlarla çıxış edib.

May ayında etnik hazaralar Türkmənistan, Özbəkistan, Tacikistan, Əfqanıstan və Pakistan ərazisindən keçəcək bir neçə milyon dollarlıq elektrik xəttinin çəkilməsinə etiraz olaraq buna oxşar nümayiş keçirmişdi. Orijinal plana əsasən, TUTAP xətti əsas etibarilə hazaraların yaşadığı ərazilərdən keçməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG