Accessibility links

İŞİD-in yaranmasında bir-birini günahlandırmaq təriqətçiliyi dərinləşdirir [Təhlil]


Bu hal həmçinin qrupa qarşı mübarizəni çətinləşdirir.

Dünyada elə bir ölkə və ya Yaxın Şərqdə fəaliyyət göstərən qrup yoxdur ki, o İŞİD-in yaranmasında günahlandırılmasın.

Bu nəzəriyyələrin əksəriyyəti doğru ola bilər, çünki Karneqi İnstitutunun Yaxın Şərq Mərkəzinin alimi Renad Mansurun sözlərinə görə, yaraqlı qrupunun yaranmasında bir neçə amil rol oynayıb. Lakin bir-birini təqsirləndirmə oyunu təriqətçiliyi dərinləşdirir və qrupa qarşı mübarizəni çətinləşdirir.

İraqda hazırda təriqətlər arası vətəndaş müharisbəsi davam edir və bu 2003-cü ildən bəri müxtəlif ölçülərdə davam edib. Və məncə bu müharibədə iştirak edən hər bir tərəf İŞİD-in yaranmasında böyük rol oynayıb

“Sübut olmadan günahlandırmaq və konspirasiyalar yaymaq olduqca adi bir haldır. Bəzi insanlar Qətər və Səudiyyə Ərəbistanını günahlandırır, digərləri İran körfəzinin Ərəb ölkələrini qrupu maaliyyələşdirməkdə təqsirləndirir. Bəzilərindən isə İŞİD-in yaranmasında hətta İsrail və İranın əlinin olduğu bardə konspirasiyalar eşidəcəksiniz,” deyə Mənsur bildirir.

Onun adlarını çəkdiyi ölkələrin hamısı və günahlandırılan digər bir çox ölkə İŞİD yaraqlılarına qarşı mübarizə aparır.

Mənsur qeyd edib ki, yaraqlı qrupunun yaranmasına bir neçə amil səbəb olub necə ki, 2003-ci ildə ABŞ-ın İraqa daxil olması və uzun müddət diktatorluq edən Səddam Hüseynin devrilməsi İraqsa yeni fırtınanın başlamasına səbəb olub. Çevrilişdə bir neçə tərəflər iştirak edib və bunların sırasına yerli hökümət, səlahiyyət vasitəsilə nüfuza sahib olmağa çalışan regional və dünya qüdrətləri daxildir.

“İŞİD təriqətçiliyin hərbiləşdirilməsinin nəticəsidir," deyə Mənsur bildirib. “Mənim demək istədiyim odur ki, İraqda hazırda təriqətlər arası vətəndaş müharisbəsi davam edir və bu 2003-cü ildən bəri müxtəlif ölçülərdə davam edib. Və məncə bu müharibədə iştirak edən hər bir tərəf İŞİD-in yaranmasında böyük rol oynayıb.”

Birləşmiş Ştatlarda siyasətçilər bir-birini qrupun yaranmasına səbəb olacaq vəziyyət yaratmaqda günahlandırırlar.

Bu cür hallar Yaxın Şərqdə də mövcuddur. Orada millətlər və qruplar düşmənlərini günahladnrıraraq, qrupa qarşı mübarizəni çətinləşdirirlər və təriqətçiliyi dərinləşdirirlər.

Sübut olmadan günahlandırmaq və konspirasiyalar yaymaq olduqca adi bir haldır. Bəzi insanlar Qətər və Səudiyyə Ərəbistanını günahlandırır, digərləri İran körfəzinin Ərəb ölkələrini qrupu maaliyyələşdirməkdə təqsirləndirir.

ABŞ-ın başçılığı ilə 60-dan çox ölkə qrupa qarşı ittifaq yaradıb və yaraqlıların qarşısını almağı və daha sonra məhv etməyi əhd ediblər. Onlar bunu əsasən hava hücumları, eləcə də İraq əsgərləri və Suriya üsyançılarına təlim keçərək edirlər. İlk hava hücumlarından bir ildən çox vaxt keçib və indi Amerika liderləri münaqişədə kimin qalib gəldiyi üzərində razılaşmırlar. Bəzi hərbi liderlər isə hətta vəziyyəti “çıxılmaz” adlandırır.

Qahirədə yerləşən Əl-Əhrəm Siyasi və Strateji Araşdırmalar Mərkəzinin araşdırmaçısı Ziyad Akl-ın sözlərinə görə, bu yaraqlıların fəaliyyətləri və yaranması ilə bağlı çaşqınlığın səbəbi ondan irəli gəlir ki, bizim onlar barədə gündəlik bildirklərimiz sadəcə onların bizə dedikləridir.

“İŞİD-lə bağlı hər bir xəbər adətən elə İŞİD-in özündən gəlir. Xəbər onların yaydığı videolardan gəlir,” deyə o bildirib.

XS
SM
MD
LG