ABŞ-da may ayında işə qəbul edilmələr artaraq, 223 min təşkil edib. Beləliklə son 18 il ərzində işsizlik səviyyəsi ilk dəfə 3.8 faizə enib.
Əmək Nazirliyinin bildirdiyinə görə, saatlıq ödəniş 2.7 faiz artıb. Lakin ödənişlər hələ də normal səviyyədən aşağıdır.
Nazirliyin hesabatında bildirilir ki, 9 il ərzində ikinci üzünmüddətli iqtisadi inkişaf qeydə alınıb. Görünür iş verənlərin qlobal ticarətlə bağlı narahatlıqları azalıb.
İş marketlərində də imtiyazlar müşahidə edilir. Məktəb məzunları arasında işsizlik 3.9 faiz təşkil edir.
Qaradərili amerikalılar arasında isə işsizlik 5.9 faiz olmaqla, ilk dəfə ən aşağı rekord əldə edib.
3 aylıq yavaşımadan sonra iqtisadi inkişafın illik göstəricisi 2.2 faiz artıb.
Bəzi iqtisadçılar hələ də Tramp administrasiyasının aqressiv ölçülərindən narahatdır.
Administrasiya polad və alüminium tariflərini qaldırmaqla yanaşı, Çin məhsullarına 50 milyard dollar rüsum tətbiq ediləcəyi ilə hədələyib.
Yanvar-mart aylarındakı inkişaf istehlakçıların pul xərcləməsinə də təsir göstərib. Aprel ayında istehlakçı məsrəfləri ən yüksək səviyyədə olub.