Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, bu gün səhər tezdən İslam Dövləti yaraqlıları əsas təhlükəsizlik postuna qarşı hücuma keçib.
Təsdiq edildiyi təsdirdə, bu, İŞİD-in Əfqanıstanda əməliyyata başladığına sübut olacaq.
Qarşıdurma Pakistanla sərhəd Narqanhar vilayətinin Açin bölgəsində baş verib.
Bölgənin valisi Hacı Qalib Mücahid Amerikanın Səsinə bildirib ki, 35 yaraqlı və 2 əfqan əsgəri atışmalarda həlak olub. O, ağır silahlanmış yaraqlıların əksəriyyətinin pakistanlı olduğunu qeyd edib.
Vali postun yaraqlılardan müdafiə edildiyi desə də, qarşıdurmaların hələ də davam etdiyini əlavə edib.
Son aylar qrupun Əfqanıstandakı nüfuzu artmaqdadır.