İraq qüvvələri terror qrupunu şəhərdəki ən böyük istehkamından çıxarmağa calışdığı bir vaxt İslam Dövləti Mosulun ikonik Əl-Nuri məscidi və onun Əl-Hədba kimi tanınan əyilmiş minarəsini partladıb.
İraq ordusunun rəsmisi deyib ki, çərşənbə günü İŞİD militantları binanı partladanda ordu qüvvələri məscidin yaxınında olub.
İslam Dövlətinin Amaq xəbər agentliyi isə öz bəyanatında məscidin ABŞ-ın hava hücumu nəticəsində dağıldığını bildirib.
ABŞ və koalisiya rəsmiləri isə terror qrupunun ittihamlarını rədd edib.
Mosulun Böyük Məscidi kimi tanınan orta əsrlərə aid məscid artıq 800 ildir Mosuldadır.
2014-cü ildə İslam Dövləti qrupunun lideri Əbu-Bəkr Əl-Bağdadi həmin məsciddə çıxış edərək özünü İraq və Suriyanın bəzi hissələrinin xəlifi elan etmişdi. Köhnə Şəhər Mosulda İŞİD militantlarının nəzarət etdiyi son ərazidir.