Accessibility links

İŞİD Almaniyada qətl cəhdinə görə məsuliyyəti öz üzərinə götürüb


İslam Dövləti qrupu sosial mediada Almaniyanın Vürzburq şəhərində qatarda insanlara hücum edən 17 yaşlı əfqan gəncin Məhəmməd Riyad olduğu bildirilən video paylaşıb.

İki dəqiqə 20 saniyəlik videoda hücumçunun əlindəki bıçaqla insanlara hücum edərək, “Mən xilafətin əsgəriyəm və Almanyada şəhid olacam” dediyi görüntülər nümayiş etdirilir.

Polisin hücumuçunun əlində militant qrupun bayrağını aşkar etməsindən qısa müddət sonra İslam Dövləti qrupu hadisəyə görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.

Hücum zamanı bir neçə insan xəsarət alıb.

Şahidlər hücumçunun “Allahu Əkbər” bağırdığını deyib.

Hücumçu hadisə yerində polis tərəfindən vurularaq öldürülüb.

XS
SM
MD
LG