Accessibility links

Yüzlərlə İran kürdü Suriyada İŞİD-lə mübarizə məqsədi ilə kürd qüvvləri sıralarıına qoşulub


Yüzlərlə İran kürdü Suriyada İŞİD-lə mübarizə məqsədi ilə kürd qüvvləri sırasında yer alır.

27 yaşlı Zənyar Rəfaat 2014-cü ildə İŞİD-in kürdlərin yaşadığı ərazilərə hücumundan sonra Suriyada döyüşməyə başlayıb. O, kürd qardaşlarına yardım üçün Suriyaya getdiyini deyib.

Suriyanın kürdlərin müdafiəsi birləşməsi (YPG) sıralarına ABŞ və Avropadan minlərlə könüllü qatılıb. Onlar kürdlər tərəfindən təlimlərdən keçirilir, silah, ev və ərzaqla təmin edilir.

ABŞ-ın Merilend ştatının bir sakini də daxil olmaqla, onlar arasında ölənlər də var.

8 min elit qüvvələrinin üzvü və minlərlə Hizbullah döyüşçüsü İranın Suriyadakı hərbi əməliyyatlarında iştirak edir. Onlar əsasən rəqib döyüşçülər əleyhinə əməliyyatlara qoşulub. İran bundan əlavə İraq qüvvələrinə İŞİD-lə mübarizə məqsədi ilə təlimlər verir.

İranın 80 milyonluq əhalisinin 9 faizini kürdlər təşkil edir. İran illərdir mədəni və siyasi hüquqlarının bərpası tələbi ilə muxtariyyət uğrunda mübarizə aparan kürdləri təzyiqlərə məruz qoyub.

Vaşinqtonda yerləşən kurd məsələləri üzrə təhlilçi Araş Salehin dediyinə görə, İran özünə təhlükə olmadığı üçün kürdlərin əllərinə silah almasına imkan verib.

Kürd komandirləri Amerikanın Səsinin könüllülərlə bağlı sualına cavab verməkdən imtina edib. Lakin YPG-yə yaxın mənbələr İran kürdlərinin döyüşlərdə fəal iştirak etdiyini təsdiqləyib.

İŞİD-ə qarşı kürdlərə dəstək proqramı çərçivəsində ABŞ və Avropanın hərbi müşavirlərinin kurd döyüşçülərini təlimlərdən keçirdiyi deyilir.

ABŞ Suriya və kürd döyüşçülərə 2014-cü ildən bəri dəstək verməyə başlayıb. Obama administrasiyası onlara havadan da yardım göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG