Accessibility links

İraq və Suriyada İslam Dövləti qrupunun 3 lideri öldürülüb


ABŞ ordusunun bildirdyinə görə, keçən ay ərində ABŞ-ın başçılıq etdiyi koalisiya İraq və Suriyada İslam Dövləti qrupunun 3 liderini öldürüb.

Türkiyədən xarici əməliyyatlar vasitəçisi Mustafa Günəş aprelin 27-də Suriyanın Mayadin şəhərində qətlə yetirilib. O, qrupun Qərbə qarşı hücumlarının maliyyə işlərini görürdü.

Əlcəzair əsilli Fransa vətəndaşı Əbu Asim Əl-Cəzayeri mayın 11-də, İŞİD-in rəsmisi Əbu Xəttab Əl-Ravi isə mayın 18-də İraqda öldürülüb.

ABŞ-ın Mərkəzi Komandanlığının bəyanatında deyilir ki, Əl-Ravi Ənbar vilayətində İŞİD-in liderlərinə birbaşa dəstək göstərir, dron əməliyyatlarına rəhbərlik edirdi.

Bundan əlavə komandanlıq Suriyanın şimal bölgəsində bir ABŞ əsgərinin öldüyünü bəyan edib.

Ameriak rəsmisinin Amerikanın Səsinə bildirdiyinə görə, həmin əsgər qeyri-döyüş missiyası zamanı həlak olub. Onun mindiyi maşının çönməsinin səbəbləri aydın deyil.

XS
SM
MD
LG