Accessibility links

İŞİD 3 Pakistan zabitini öldürdüyünü iddia edir


İŞİD üzvləri olduğu ehtimal edilən yaraqlılar Pakistanın şimal-qərbindəki Peşəvər şəhərində 3 hərbi personala hücum edib.

Vilayət rəsmiləri deyir ki, qətlə yetirilən əsgərlər bu gün Xazana bölgəsində dar bir yolda olarkən silahlı motosikletçilərin hücumuna məruz qalıblar.

Qətl hadisəsinə görə istintaq-əməliyyat tədbirləri başladılıb və hücumla bağlı bir neçə şübhəlinin saxlandığı bildirilir.

İŞİD-ə bağlı veb səhifə hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü iddia edib. Bəyanatda deyilir ki, bu, Yaxın Şərqdə yerləşən qrupun güclü Pakistan ordusuna qarşı ilk hücumudur.

Suriya və İraqda əraziləri zəbt etmiş İŞİD bu ilin əvvəlində regionda ekstremist fəaliyyətlərə başladığını bildirmişdi. O zamandan bəri ölkədə bir neçə hücum törədilib.

İŞİD genişləməyə çalışsa da, onların qarşısını uğurla ala bilmişik.
Pakistan ordusunun sözçüsü

Pakistan rəsmiləri bu yaxınlarda İŞİD-in genişlənməsinə qarşı ordunun ciddi əməliyyatlara başladığını və aralarında suriyalı və əfqanlar da olan 300-dən çox şübhəlini həbs etdiyini bəyan etmişdi.

"Onlar genişləməyə çalışsa da, onların qarşısını uğurla ala bilmişik" - deyə ordu sözçüsü general leytenant Asiam Bacau bildirib.

XS
SM
MD
LG