Accessibility links

Rəqqada ağır döyüşlər mülki vətəndaş həyatlarını risk qarşısında qoyur


Hava zərbəsinin ardınca Raqqada səmaya tüstü qalxır. 15 avqust, 2017.
Hava zərbəsinin ardınca Raqqada səmaya tüstü qalxır. 15 avqust, 2017.

ABŞ-ın dəstəklədiyi qüvvələr İŞİD-in özünə paytaxt elan etdiyi Rəqqaya yaxınlaşmaqdadırlar. Bu arada beynəlxalq hüquq təşkilatları şəhərdə ilişib qalmış minlərlə mülki vətəndaşın hərbi əməliyyatların doğurduğu təhlükələrlə üzləşdiyi barədə xəbərdarlıq edirlər.

Döyüş hər iki tərəf üçün həyat və ölüm məsələsinə çevrilib.
Mustafa Bali, Suriya Demokratik Qüvvələrinin sözçüsü

Suriya Demokratik Qüvvələri (SDQ) bildirir ki, İŞİD-ə qarşı döyüşlər “şiddətli və ağır” mərhələyə daxil olub. Belə ki, terror qrupu istehkamı əldə saxlamaq üçün şəhərin əhali ilə sıx yerlərində müxtəlif taktikalara üz tutur.

“Döyüş hər iki tərəf üçün həyat və ölüm məsələsinə çevrilib,” SDQ sözçüsü Mustafa Bali Amerikanın Səsinə bildirib.

Balinin sözlərinə görə, İŞİD artan şəkildə intiharçı maşın bombalar, snayperlər, dronlar və tunnellərdən istifadə edərək ABŞ-ın dəstəklədiyi qüvvələrin irəliləyişinin qarşısını almağa səy göstərir.

“Lakin Rəqqanı başqa yerlərdən fərqləndirən əsas cəhət İŞİD-in insanlardan qalxan kimi nə dərəcədə istifadə etməsidir,” o deyib.

SDQ üzvləri İŞİD-lə döyüşdə. Nazlat Şahada məhəlləsi, Rəqqa, Suriya. 16 avqust, 2017.
SDQ üzvləri İŞİD-lə döyüşdə. Nazlat Şahada məhəlləsi, Rəqqa, Suriya. 16 avqust, 2017.

SDQ sözçüsü əlavə edib ki, İŞİD mülki vətəndaşları öz evlərində qalmağa məcbur edib ki, qoy koalisiya qüvvələri həmin ərazilərdə onun mövqelərinə hava zərbələri endirə bilməsin.

İŞİD-in taktikalarına baxmayaraq SDQ azacıq da olsa şəhərin cənub-şərqinə doğru irəliləyə bilib.

Qüvvələr irəlilədikcə SDQ xüsusi qüvvələri 250 mülki vətəndaşı xilas edib.

Rəqqanı başqa yerlərdən fərqləndirən əsas cəhət İŞİD-in insanlardan qalxan kimi nə dərəcədə istifadə etməsidir.
Mustafa Bali, SDQ sözçüsü

Bu arada insan haqları təşkilatları və fəallar şəhərdə mülki vətəndaşlar arasında artan ölüm sayından təlaşlarını ifadə ediblər.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidəçi qrupu Rəqqanın koalisiya təyyarələri tərəfindən bombardman edilməsi nəticəsində 60-a yaxın sakinin, o cümlədən 30 qadın və uşağın həlak olduğunu bildirib.

Qurumun bəyanatını şərh etməyən koalisiya qüvvələri sözüçü Ryan Dillon müxbirlərə bildirib ki, təyyarələr təkcə bu həftə ərazidə 200 hava zərbəsi endiriblər.

XS
SM
MD
LG