Accessibility links

İŞİD-ə qoşulmaq istəyən 14 Azərbaycan vətəndaşının Türkiyədə saxlandığı bildirilir


İSİD-e qoşulma istəyənlər saxlanıb (Foto İHA-nındır)
İSİD-e qoşulma istəyənlər saxlanıb (Foto İHA-nındır)

Türkiyənin Adana vilayətində polisin antiterror əməliyyatları çərçivəsində İŞİD-ə qoşulmaq istəyən Azərbaycan, İndoneziya, İraq, Qırığızıstan, Tacikistan və İrandan olan 38 nəfər saxlanıb. Saxlananların 15-i uşaq, 10-u qadın, 13-ü yetkinlik yaşında olan kişidir. Bu barədə milliyyet.com.tr saytı məlumat yayıb.

Polis Suriyaya keçmək istəyən bu şəxslərə kömək edən iki nəfəri də nəzarət altına alıb, daha iki nəfərin axtarışı isə davam etdirilir.

İŞİD-ə qoşulmaq istəyənlər (Foto İHA-nındır)
İŞİD-ə qoşulmaq istəyənlər (Foto İHA-nındır)

Tükiyə mediası saxlanılan şəxslərin 14-nün Azərbaycan, 7-nin İndoneziya, 5-nin İraq, 5-nin Qırğızıstan, 2-nin Tacikistan, 1-nin İran və 1-nin Əfqanıstan vətəndaşı olduğunu bildirir.

Suriya və iraqda fəaliyyt göstərən İŞİD-ə qoşulmağa can atan xarici vətəndaşlar əksər hallarda tranzit ölkə olaraq Türkiyədən istifadə edirlər.

XS
SM
MD
LG