Accessibility links

Türkiyə Suriya ilə sərhədyanı bölgələri İŞİD-dən təmizləyib


Türkiyə Suriya ilə sərhədyanı bölgələrin İŞİD militantlarından təmizləndiyini bəyan edib.

"Bazar günü Türkiyənin Suriya ilə sərhədi Daeş (İŞİD) terrorçularından təmizlənib," Anadolu dövlət xəbər agentliyi məlumat yayıb.

Əməliyyat başlanandan bəri Türkiyə silahlı qüvvələri 300 İŞİD hədəfini darmadağın etdiklərini bildirirlər.

Türkiyənin əməliyyatları avqust ayında başlayıb.

Dövlət Anadolu xəbər agentliyinin bildirdiyinə görə, Azazdan Carublus şəhərinədək 100 kilometrik ərazi yaraqlılardan təmizlənib.

Türkiyənin iddiaları Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupu tərəfindən təsdiq edilib. Qrupun bəyanatında bildirilir ki, İŞİD xarici dünya ilə bütün əlaqələrini itirib.

Türkiyə Suriyada İŞİD-ə qarşı döyüşən üsyançılara dəstək üçün dünən Kilis vilayətindən Suriyanın Əl-Ray kəndinə əlavə tanklar göndərib.

20-yə yaxın tank, 5 zirehli yük maşını, başqa zirehli maşınlar Türkiyə sərhədini keçərək, Türkiyənin avqustun 24-də başlayan "Fərat Qalxanı" adlanan əməliyyatdan bəri ikinci dəfədir hərbi müdaxilə həyata keçirir.

Əməliyyat başlanandan bəri Türkiyə silahlı qüvvələri 300 İŞİD hədəfini darmadağın etdiklərini bildirirlər.

Cerablus İŞİD-ə döyüşçülər və pul axınında strateji rol oynayır.

Yayılan məlumatlara görə, o zamandan bəri Azad Suriya Ordusu döyüşçüləri Türkiyə sərhədi boyu Celabrus yaxınlığındakı kəndləri eləcə də, qərbdəki Çobanbəy qəsəbəsini ələ keçirib. Cerablus İŞİD-ə döyüşçülər və pul axınında strateji rol oynayır.

Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu arabir ABŞ-ın dəstəklədiyi YPG (Kürd Xalq Müdafiə qrupu) ilə toqquşur

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG